Rəsul Quliyev yenə “milli şura”dakıları təhqir etdi
Tarix: 24.09.2013 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


“Milli şura”nın üzvü və Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev yenidən gündəmə gələrək silahdaşlarını top atəşinə tutub. Bununla bağlı sosial şəbəkələrdə onun ACP sədri Sülhəddin Əkbərlə danışığının audioyazısı yayılıb. Qeyd edək ki, ACP lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbər arasında olan telefon danışığının səs yazısında “milli şura” rəhbərlərinə, konkret olaraq Eldar Namazova ağır təhqirlər sələndirilib. Söhbətdən bəlli olur ki, Rəsul Quliyev Sülhəddin Əkbərə “milli şura”nın rəhbərləri-İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və onların namizədi Cəmil Həsənlinin yanında olmamağı məsləhət görür. Sülhəddin Əkbər isə öz növbəsində “zatən onlarla bir yerdə deyiləm” deyərək, “liderlərə” olan nifrətini gizlətmir. Telefon danışığında Rəsul Quliyev Eldar Namazovla yanaşı, prezidentliyə namizəd Cəmil Həsənlini, keçmiş daxili işlər naziri İsgəndər Həmidovu da təhqir edərək, onlara istehza edir. Telefon danışıqlarından da bəlli olur ki, Rəsul Quliyev xalqın “milli şura”nı dəstəkləmədiyini və onların namizəd Cəmil Həsənlinin ardınca getmədiyini deyir.
İsgəndər Həmidovun müxalifətin yuxarı eşalonunda yer alması isə aşkar şəkildə Rəsul Quliyevin xoşuna gəlmir. Buradan belə nəticə çıxır ki, hər şey mətbuatın yazdığı və siyasi şərhçilərin proqnozlaşdırdığı kimidir. Qurumda başçılar arasında dərin uçurum var və bu uçurum özünü get-gedə daha çox büruzə verir. Cəmil Həsənlinin uğursuz təbliğat-təşviqat kampaniyası isə ən çox Rəsul Quliyevi hiddətləndirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info