“Əsas hədəf respublikamızın haqlı mövqeyini Avropa ictimaiyyətinə çatdırmaqdır”
Tarix: 24.09.2013 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Ağahüseyn Babayev: “Azərbaycan mədəniyyətinin bütün istiqamətlərini Almaniyada yüksək səviyyədə tanıtmağa çalışırıq”

Dünyanın əksər ölkələrində olduğu kimi Almaniyada da Azərbaycan diasporu öz fəallığı ilə seçilir. Bu ölkədə fəaliyyət göstərən onlarla Azərbaycan cəmiyyəti, birlik və təşkilatları ölkəmizin haqq işi, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin alman ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir, bu işə öz töhfəsini verir. Belə təşkilatlardan biri də Almaniyada fəaliyyət göstərən “Alm.Az” Cəmiyyətidir. Cəmiyyətin sədri Ağahüseyn Babayev qəzetimizə müsahibəsində Azərbaycan həqiqətlərinin alman ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlər barədə məlumat verib.

-Ağahüseyn müəllim, əsasən hansı istiqamətlərdə tədbirlər həyata keçirirsiniz?
- Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən “Alm.Az” Cəmiyyəti bir sıra tədbirlər həyata keçirib. Bunların hər biri Azərbaycan həqiqətlərini, respublikamızın həyatında bütün sahələrdə baş verən yenilikləri alman ictimaiyyətinə çatdırmağa xidmət edib. Həmçinin Azərbaycanın 20 faiz ərazilərinin xəyanətkar SSR-i ordusunun köməyi ilə erməni millətçiləri tərəfindən işğalı, ermənilər tərəfindən Xocalıda törədilən faciə, 20 Yanvar hadisələrini yaşadığımız ölkənin ictimaiyyətinə çatdırmağa çalışırıq. Keçirdiyimiz bu və ya digər tədbirlərdə Azərbaycan xalqının tolerantlığı, tarixi abidələrimiz, adət və ənənələrimiz, incəsənətimiz, ləziz mətbəximiz barədə də Almaniya ictimaiyyəti, həmçinin bu ölkədə yaşayan yəhudi, rus, qazax, Ukrayna və s. xalqların nümayəndələrinə dolğun və ətraflı şəkildə məlumat veririk.
-Təşkilatınızın qarşısına qoyduğu əsas hədəflər nədən ibarətdir?
-“Alm.Az” Cəmiyyətinin qarşısına qoyduğu əsas hədəf hər zaman olduğu kimi respublikamızın haqlı mövqeyini Avropa ictimaiyyətinə çatdırmaqdır. Həmçinin Azərbaycanın Almaniya ictimaiyyətində, siyasi qurumlarında və mətbuat orqanlarında dostlarını daha da artırmaqdır.
-Ümumiyyətlə, Almaniyada Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz və erməni diasporu ilə müqayisədə diasporumuzun fəaliyyətini qaneedici saymaq olarmı?
-Almaniyada Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirərdim. Bu ölkədə fəaliyyət göstərən çoxsaylı Azərbaycan təşkilatları, cəmiyyət və birliklərin birgə fəaliyyəti nəticəsində Almaniyada Azərbaycan diasporu daha da aktivləşir, Azərbaycanı layiqincə təmsil edir.
-“Alm.Az” Cəmiyyəti Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, eləcə də ermənilərin soyqırım siyasətini bu ölkə ictimaiyyətinə tam mənada çatdıra bilirmi?
-Ötən müddət ərzində “Alm.Az” Cəmiyyəti qeyd etdiyiniz istiqamətlərdə bir sıra tədbirlər həyata keçirib. Almaniyanın Drezden şəhərində “Alm.Az” Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi və eyni zamanda şanlı qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Həmin tədbirdə soydaşlarımızla yanaşı alman ictimaiyyətinin, o cümlədən Saksoniya parlamentinin nümayəndələri, Drezdendə fəaliyyət göstərən konsulluqların, eləcə də rus, yəhudi, Ukrayna, qazax icmalarının təmsilçiləri iştirak edib. Tədbir zamanı iştirakçılara keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktı barədə məlumat verdim. Daha sonra “Azadlığa aparan yollar” sənədli filmi nümayiş olundu. Keçən il dekabrın 11-də isə Almaniyanın Drezden şəhərində Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Həmin tədbirdə cəmiyyət sədri olaraq ulu öndər Heydər Əliyevin şərəfli həyat yolu, dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətləri barədə iştirakçılara məlumat verdim. Sonra tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan bəhs edən sənədli film nümayiş etdirildi.
-Rəhbərlik etdiyiniz cəmiyyət Azərbaycan mədəniyyəti, adət-ənənələrinin təbliğinə hansı töhfəni verir?
-“Alm.Az” Cəmiyyəti olaraq Azərbaycan mədəniyyəti, adət-ənənələri, xalqımızın zəngin mədəni irsi barədə də müntəzəm olaraq alman ictimaiyyətinə məlumat verir, bu istiqamətdə müxtəlif tədbirlər, layihələr həyata keçiririk. Belə ki, “Alm.Az” Cəmiyyəti Drezdenin ən böyük konsert salonlarından birində Azərbaycan mədəniyyəti, incəsənətinin təbliği məqsədilə böyük bir tədbir keçirib. Həmçinin cəmiyyətin təşəbbüsü ilə Drezdendə Azərbaycan filmlərinin nümayişi təşkil olunub. Sözügedən layihənin proqramına Qarabağa həsr olunmuş filmlər də daxil edilmişdi. Ümumiyyətlə, fəaliyyətə başladığımız gündən Azərbaycan mədəniyyətinin təbliğatı üçün çalışırıq. Bu məqsədlə qarşıdakı zaman ərzində bir neçə layihənin həyata keçirilməsini qarşımıza məqsəd qoymuşuq. Burada keçirilən sərgilərdə Azərbaycanın milli geyimləri və qədim xalçaları da Drezdendə sərgilənir. Mədəniyyət və Turizm Nazirliyinin yardımı ilə həyata keçirilən bu kimi tədbirlərlə Azərbaycan mədəniyyətinin bütün istiqamətlərini Almaniyada yüksək səviyyədə tanıtmağa çalışırıq.
-Cəmiyyətiniz Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi məqsədilə hansısa qarşılıqlı layihələr həyata keçirməyi düşünürmü?
-Qeyd etdiyiniz istiqamətlərdə də müəyyən fəaliyyətlərimiz olacaq. Biz Saksoniyanın hökumət və qeyri-hökumət təşkilatları, həmçinin digər xalqların təmsil etdiyi icmalarla il ərzində bir çox müxtəlif tədbirlər kecirməyi nəzərdə tutmuşuq.
-Almaniya eyni zamanda türklərin daha çox yaşadığı bir ölkə kimi tanınır. Bu baxımdan “Alm.Az” Cəmiyyətinin Almaniyada fəaliyyət göstərən türk diasporu ilə əlaqələri hansı səviyyədədir?
-Ümummilli lider Heydər Əliyevin dediyi kimi, biz bir millət iki dövlətik və cəmiyyətimiz bu prinsipi hər zaman əsas tutaraq Almaniyada fəaliyyət göstərən türk diaspor təşkilatları, cəmiyyət və birlikləri ilə yaxından əməkdaşlıq edir, qarşılıqlı şəkildə keçirilən tədbirlərdə iştirak edirik. Bu əməkdaşlıq yüksələn xətlə inkişaf edir və bundan sonra da davam edəcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info