“Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur”
Tarix: 24.09.2013 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Fəridə Kərimova: “Azərbaycan on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub”

“Mən Kərimova Fəridə Ukraynada təhsil almağıma baxmayaraq, Azərbaycanda gedən proseslərə laqeyd qala bilmərəm. Azərbaycanlı bir gənc olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Məlumat ücün bildirirəm ki, xaricdə oxuyan gənclər İlham Əliyevi dəstəkləyir. Çünki Prezidentin də inamla bildirdiyi kimi, Azərbaycan inamla, uğurla irəliyə getməkdədir. Bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyevin əsasını qoyduğu müstəqil və milli inkişaf siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir. Bu gün Azərbaycan nəinki regionda, hətta dünyanın böyük bir siyasi-coğrafi məkanı üzrə ən böyük nailiyyətləri olan, uğurla inkişaf edən dövləti kimi qəbul edilir. Bütün nailiyyətlər isə, əlbəttə ki, ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunub. Bu inkişaf da artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir və Azərbaycanın təcrübəsi ən müsbət nümunə kimi öyrənilir. Sirr deyil ki, Azərbaycanın keçdiyi yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur, istiqamətdir. Bu, öz növbəsində, ölkəmizin üzərinə daha böyük məsuliyyət qoyur”.

-Son 10 ilidə Azərbaycanda qazanılan uğurları bir ali təhsil alan gənc kimi necə qiymətləndirirsiniz?
- Qeyd edək ki, hazırda dünyanın, eləcə də, ölkəmizin tanınmış iqtisadçıları Azərbaycanın siyasi, sosial-iqtisadi inkişafını ümumi mənada 3 dövrə bölürlər:
1991-1993-cü illər: Bu dövrdə müstəqillik əldə olunsa da, praqmatizmin olmadığı şəraitdə Azərbaycan total xaosa, sosial-iqtisadi və siyasi tənəzzülə düçar olmuşdu.
1993-2003-cü illər: Sözügedən dövrdə Azərbaycanda siyasi sabitlik yarandı, iqtisadiyyatdakı gerilik prosesi dayandırıldı, sosial-iqtisadi həyat şəraitinin yüksəldilməsi üçün islahatlar reallaşdırılmağa başlanıldı. Bununla da, Azərbaycanın uzunmüddətli inkişafı üçün güclü təməl formalaşdırıldı.
2003-cü ildən sonrakı dövr: Bu dövrün ötən 10 ili ərzində isə Azərbaycanda sürətli keyfiyyət dəyişiklikləri baş verib. Siyasi və iqtisadi reformlar paralel şəkildə həyata keçirilməklə, bütün sahələrdə ciddi inkişaf prosesləri yaşanıb, insanların rifah halı yüksəlib, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi daha da möhkəmlənib.
Əlbəttə ki, son 10 il ərzində Azərbaycanda müşahidə olunan inkişaf proseslərini təhlil edən araşdırmaçılar nailiyyətlərin əldə olunmasına səbəb olmuş uğur formulu haqında danışırlar. İnkişafın Azərbaycan modeli haqqında fikirlər söylənilir və dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim edilir.
Azərbaycan on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. Həmçinin, belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyatı üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Əlbəttə ki, bu, hər bir ölkə üçün nümunə ola bilər.
- Sosial rifah göstəriciləri ilə bağlı fikirləriniz nədir?
- Qeyd edim ki, Azərbaycanda yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşüb. Bir milyon 200 mindən çox yeni iş yeri açılıb. Xarici dövlətlərə borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Hökumət artıq “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuldur. Bununla yanaşı, son on il ərzində Azərbaycanda orta maaş beş dəfə, orta pensiya isə səkkiz dəfə artıb. Sosial rifah, insanların maddi vəziyyətinin yaxşılaşdırılması, müxtəlif sosial proqramlar siyasətin əsas istiqamətləridir. Sovet dövründən qalmış əmanətlərin insanlara verilməsi də bu siyasətin təzahürüdür. Ona görə də görülmüş işlər deməyə əsas verir ki, hökumət gələcəkdə də bu uğurlu meyilləri daha da gücləndirəcək və Azərbaycanın uğurlu inkişafını təmin edəcək. Sosial məsələlərin həllində, xarici siyasətlə, iqtisadi islahatlarla, daxili siyasətlə bağlı bütün istiqamətlər üzrə böyük inkişaf var. Hakimiyyət tərəfindən atılan addımlar bir daha isbatlayır ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Ona görə də Azərbaycanda aparılan islahatlar çox ciddi xarakter daşıyır və köklü islahatlardır. Hər kəs tarixdən və bəzi ölkələrdə gedən bugünkü proseslərdən də bilir ki, köklü iqtisadi islahatlar bir çox hallarda kütləvi etirazlara səbəb olur. Çünki bu islahatlar bir çox hallarda insanların maraqları hesabına aparılır. Azərbaycanda isə həm iqtisadi islahatlar aparılıb, eyni zamanda, çox güclü sosial proqramlar da icra edilib. Bütün bunlar göstərir ki, hakimiyyət Azərbaycanın gələcəyini təmin etməklə məşğuldur. Məhz bu gün Azərbaycanda icra edilən layihələr də elə gələcəyə yönəldilib.
- Beynəlxalq imicimizin möhkəmlənməsi ilə bağlı hansı fikirlərimiz var?
- Azərbaycan beynəlxalq münasibətlər sistemində yerini möhkəmlədib. 2003-2013-cü illərdə - son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilib. Beynəlxalq münasibətlər sistemində yerini möhkəmlədən Azərbaycan çoxtərəfli və ikitərəli münasibətlərdə nümunəvi əməkdaşlıq sərgiləyib. Ölkəmiz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Bu, təbii ki, Azərbaycanın diplomatiyasının, siyasətinin, dövlətçiliyimizin qələbəsidir və təntənəsidir. Eyni zamanda, Azərbaycan bu gün qlobal problemlərin həlli ilə məşğuldur. Dövlətimiz digər beynəlxalq təşkilatlarda uğurlu fəaliyyət göstərir. Azərbaycan üzv olduğu təşkilatlarda milli maraqları müdafiə edir, eyni zamanda, həm siyasi cəhətdən, həm də bütün başqa cəhətlərdən təşkilatların inkişafına böyük töhfə verir. Azərbaycanın ikitərəfli formatda qurduğu xarici siyasət də başqa ölkələr üçün nümunə ola bilər. Yeni Azərbaycan Partiyasının V qurultayında çıxışı zamanı Azərbaycanın bu sahədəki uğurlarına toxunan Prezident İlham Əliyev deyib ki, bu siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulub: “Bu, bizim yanaşmamızdır. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq. Hesab edirəm ki, əgər dünyada bütövlükdə bu meyillər üstünlük təşkil etsə, müharibələr də, qarşıdurmalar da azalar. Ümumiyyətlə, dünya daha çox əməkdaşlıq istiqamətində inkişaf edər. Ona görə həm ikitərəfli formatda, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ümumi xarici siyasətlə bağlı konsepsiyamız təqdirəlayiqdir, dünyada böyük hörmətə malikdir və bizə imkan verir ki, daxildə də uğurlu siyasətimizi aparaq. Çünki hər bir ölkə maraqlı olmalıdır ki, onun ətrafında vəziyyət sabit, sülh, əmin-amanlıq olsun ki, ölkə daxilində proseslər daha normal şəraitdə getsin”.
- Azərbaycanın, bu gedişlə gələcək nailiyyətlərini necə görürsünüz?
- Demokratik Azərbaycanın inkişafı davamlı olacaq. Son 10 il ərzində Azərbaycanın daxili siyasətində də uğurlu nəticələr əldə olunub. Daxili siyasətlə bağlı Azərbaycanda çox böyük işlər görülüb və demokratiyanın bütün göstəriciləri üzrə ciddi addımlar atılıb. Söz, mətbuat, vicdan, azad toplaşma, özünü ifadə azadlıqlarının təminatı sahəsində uğurlu nəticələr olub, çoxpartiyalı sistem daha da möhkəmlənib, siyasi plüralizm dərinləşib, vətəndaş cəmiyyəti dövlət idlarəçiliyində daha aktiv iştirak edib. Əlbəttə ki, bütün bu işlərdə ən böyük təsirə malik və siyasi sistemin ən əsas sütunu olan Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi islahatların dərinləşməsində də xüsusi rolu və məsuliyyəti var. Prezident İlham Əliyev bu məsələ ilə bağlı deyib ki, bundan sonra da Azərbaycanda demokratiyanı inkişaf etdirəcəyik: “Söz azadlığı, vicdan azadlığı, din azadlığı, sərbəst toplaşma azadlığı - bütün bu azadlıqlar mövcuddur. Azərbaycanda azad internet fəaliyyət göstərir, heç bir məhdudiyyət qoyulmur. Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geridə qalmır. Bəzi hallarda bizdə olan demokratik vəziyyət başqa ölkələr üçün də örnək ola bilər və olmalıdır”. Azərbaycanın gələcək inkişafı ilə bağlı tərəddüd, şübhə yoxdur. Göründüyü kimi, son on il ərzində həyata keçirilmiş işlər Azərbaycanın perspektiv inkişafı ilə bağlı hər kəsdə müsbət rəy və əminlik formalaşdırır. Yeni Azərbaycan Partiyasının V qurultayında çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini söyləyərkən, perspektivə əminliklə baxdığını ifadə edib. Prezidentin bildirdiyi kimi, bizim bütün istiqamətlər üzrə konkret proqramlarımız, planlarımız, konsepsiyalarımız, icra mexanizmlərimiz var. O cümlədən regionlarda gedən işlərlə bağlı gələn ilin əvvəlində üçüncü dövlət proqramı icra ediləcək. Birinci və ikinci proqramların icrası nəticəsində bölgələr canlandı, şəhərlər abadlaşıb, gözəlləşib, müasir infrastruktur yaradılır, kəndlərimiz çiçəklənir, qalxır, bütün infrastruktur, yollar, məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, qazlaşdırma, elektrik enerjisi, su xətləri, bütün infrastruktur yenilənir. Biz bütün infrastruktur sistemimizi tamamilə yeniləşdiririk ki, bundan sonra ən azı 50-100 il bax, bu qurduğumuz infrastruktur insanlara xidmət göstərsin.
Bizim gələcək inkişafımızla bağlı heç bir tərəddüdümüz, heç bir şübhəmiz yoxdur. Azərbaycan inamla, uğurla irəliyə gedəcək. Bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyev siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir.
Bütün qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan özünün dünya miqyasındakı bütün qlobal hədəflərinin hamısına çatacaq.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info