Son illərdə elmə məlum olmayan yüzlərlə abidə aşkarlanıb
Tarix: 24.09.2013 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Memarlıq və arxeoloji abidələrin bərpası sahəsində
birinci Payız məktəbi


Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində birinci Payız məktəbinin açılış mərasimi keçirilib. Tədbiri açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev payız məktəbinin əsas məqsədinin gəncləri Azərbaycanın qədim tarixi və mədəni abidələri ilə yaxından tanış etməkdən və onların bu sahədə biliklərinin artırılmasından ibarət olduğunu bildirib.
Qeyd olunub ki, respublikamız dövlət müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə inkişafa nail olmaqla yanaşı, mədəni irsimizə də diqqət xeyli artmışdır. Bu baxımdan ölkədə xeyli işlər görülmüş, memarlıq abidələri bərpa edilib. Vurğulanıb ki, hazırda Azərbaycanda 10 minədək respublika və dünya əhəmiyyətli tarixi-mədəni abidələr mövcuddur. Onların bərpası üçün isə yerli mütəxəssislərə ehtiyac duyulur. Eyni zamanda, mədəni irsimizin qorunmasına və təbliğinə hər kəs öz töhfəsini verməlidir. Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova son illər ölkə miqyasında arxeoloji tədqiqatların böyük vüsət aldığını diqqətə çatdırıb. Bildirilib ki, bu sahəyə ayrılan maliyyə vəsaitinin ilbəil artması nəticəsində 40-dan artıq elmi-tədqiqat işi aparılıb və elmə məlum olmayan yüzlərlə abidələr üzə çıxıb. Bütün bunların gələcək nəsillərə çatdırılması üçün şərait yaradılıb. Bu istiqamətdə Arxeologiya və Etnoqarfiya İnstitutu Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edir. Belçika Krallığının Lüvən Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Kral Tarix və İncəsənət Muzeyinin tədqiqatçısı Aleksandr Turovets bildirib ki, müasir dövrdə Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan tarixi və mədəni abidələrin tədqiqatı baxımından dünyanın bir çox mütəxəssislərinin diqqətini cəlb edib. Vurğulanıb ki, Azərbaycana xüsusi marağın digər səbəbi də onun mədəniyyətlərin qovşağında yerləşməsidir.
Layihənin ilk günündə keçirilmiş nəzəri təlimlərdə Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun mütəxəssisləri tərəfindən təqdimatlar edilib.
Layihənin növbəti günlərində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində təlimlər keçiriləcək, iştirakçılar “Xınalıq” Tarix, Memarlıq və Etnoqrafiya Qoruğu və Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı əldə edəcəklər. Onlar, həmçinin son illər ərzində bərpa olunmuş və hazırda bərpası davam etdirilən tarix və mədəniyyət abidələrini ziyarət edəcəklər. Sentyabrın 27-dək davam edəcək layihənin növbəti günlərində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası və konservasiyası sahəsində təlimlər keçiriləcək.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info