Əddis-Əbəbədə Afrika İttifaqının 33-cü Sammiti
Tarix: 10.02.2020 | Saat: 10:22:00 | E-mail | Çapa göndər



Fevralın 9-da Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqı dövlət və hökumət başçılarının 33-cü Sammiti öz işinə başlayıb.

Fevralın 9-da Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqı dövlət və hökumət başçılarının 33-cü Sammiti öz işinə başlayıb.

Azərtac informasiya agentliyi təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, “Silahlar sussun. Afrikanın inkişafı üçün əlverişli şərait yaradılsın” devizi altında keçirilən zirvə görüşündə Misir prezidenti Əbdülfəttah əs-Sisi Afrika İttifaqında sədrliyi Cənubi Afrika respublikasının dövlət başçısı Siril Ramafozaya təhvil verəcək.
Sammitin başlanması ilə əlaqədar BMT-nin Baş katibi Antonio Quterreşin müraciəti yayılıb. O qeyd edib ki, aparılan müzakirələr Afrikanın Sahel regionunda sülhün və sabitliyin bərqərar olması, terrorizmə qarşı mübarizə, Liviyada xaosa son qoyulması, acılığın və səfalətin aradan qaldırılması məsələlərində BMT ilə əməkdaşlıq baxımından çox mühümdür.

İki günlük sammit çərçivəsində tədbirdə iştirak edən 39 dövlətin dövlət və hökumət başçıları Misir prezidenti Əbdülfəttah əs-Sisinin sədrliyi ilə qapalı toplantı keçiriblər. İclasda Liviya münaqişəsinin əsas müzakirə mövzusu olduğu bildirilir.

Sammitdə Afrika İttifaqının yeddi il əvvəl qitədə müharibələrin və soyqırımının qarşısının alınması barədə qəbul etdiyi qətnamənin yerinə yetirilməsinin yekunları, DAEŞ və Əl-Qaidə terror təşkilatları ilə əlaqəli olan silahlı qruplaşmalara qarşı mübarizə, Qvineya körfəzində piratların gəmilərə hücumlarının qarşısının alınması müzakirə olunacaq.
Növbəti ildə təşkilata sədrlik edəcək Cənubi Afrika respublikasının dövlət başçısı Siril Ramafoza Liviya münaqişəsi və Cənubi Sudanda sülh müqaviləsinin şərtlərinin yerinə yetirilməsini prioritet elan edib. O qeyd edib ki, Pretoriyanın 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması da problemlərin həllinə kömək edəcək.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub
07.04.2020
ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib
07.04.2020
Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb
07.04.2020
Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb
07.04.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info