Abşeron yarımadasında 970 km yağış suları xətti çəkiləcək
Tarix: 24.09.2013 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Bakı şəhəri ətrafında və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla müasir standartlara uyğun yenidən qurulması hədəf götürülüb. Bu məsələləri kompleks həll etmək üçün bizim sifarişimizlə bu sahədə böyük təcrübəyə malik Türkiyə şirkətləri Master Plan hazırlayıb. Bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
Onun sözlərinə görə, sənəd hazırlanarkən şəhərin perspektiv inkişaf planı, ümumi əhali artımı, turizmin inkişafı, sənaye və yol infrastrukturunun genişlənməsi faktorları əsas götürülüb: “2035-ci ilə qədər əhalinin artımı, Abşeron yarımadasında magistral su kəmərləri, su anbarları, kanalizasiya kollektorları, çirkab sutəmizləyici qurğuların məhsuldarlıqları və həcmləri müəyyənləşib. Master Plana uyğun olaraq Abşeron yarımadasında 5 900 km su, 7 100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcək”. Q.Hüseynov qeyd edib ki, qarşıdakı illərdə ümumi tutumu 1 mln. 345 min kubmetr olan 80-dən çox su anbarı, ümumi məhsuldarlığı sutkada 1 mln. 375 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi də nəzərdə tutulur: “İnfrastrukturun optimal idarə edilməsi məqsədilə “Azərsu” ASC-də Coğrafi İnformasiya və SCADA sistemləri yaradılır. Su təchizatı və kanalizasiya sistemlərinin vahid mərkəzdən idarə edilməsi üçün yaradılmış SCADA sistemi vasitəsilə suyun mənbədən istehlakçıyadək ötürülməsi onlayn rejimdə tənzimlənir. Bu sistem vasitəsilə anbarlarda suyun həcmi, siyirtmələrin işçi vəziyyəti, anbar çıxışlarında və şəbəkədəki təzyiq, anbarlardakı ehtiyatın həcmi avtomatik idarə olunur. Eyni zamanda xətlərdə baş verən qəza hallarının koordinatları qeydə alınır, problemin operativ aradan qaldırılması təmin edilir. Yeni sistem qəza aradan qaldırılan müddətdə su təchizatında fasilə verilən əraziləri də dərhal müəyyən edir”.
Q.Hüseynov deyir ki, “AzərsuCİS” adlanan Coğrafi İnformasiya sistemi sayəsində gələcəkdə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrin tətbiqi ilə idarə edilə biləcək.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info