“Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Tarix: 10.02.2020 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib. Seminarın açılış mərasimində Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin sədri Xaləddin Musayev və Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri Ayhan Kuzu seminar iştirakçılarını salamlayıb, dünyada və ölkəmizdə kolorektal cərrahiyyənin vəziyyəti, tibbin son yenilikləri haqqında məlumat veriblər. Tədbirdə Azərbaycanın aparıcı dövlət və özəl tibb müəssisələrində çalışan kolorektal cərrahiyyə sahəsi üzrə məşhur yüksəkixtisaslı mütəxəssislər və ümumi cərrahlar iştirak ediblər. Rəsmi açılışın sonunda Mərkəzi Gömrük Hospitalının fəaliyyətini və nailiyyətlərini əks etdirən video çarx nümayiş edilib.

Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə milli təmsilçisi, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyinin elmi katibi və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyevanın moderatorluğu ilə keçirilən seminarda Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri professor Ayhan Kuzu “Sağ hemikolektomiyalarda doğru disseksiya planı”, “Sol hemikolektomiya və rektum cərrahiyyəsində doğru disseksiya planı”, “Rektum xərçəngində qeyri-cərrahi müalicə” və “Rektum cərrahiyyəsində ileostomiyanın yeri” mövzularında çıxış edib, kolorektal cərrahiyyə sahəsində yeniliklərdən danışıb.
Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov və ümumi cərrahı Aynur Səfiyeva “Kolorektal cərrahiyyədə Mərkəzi Gömrük Hospitalının təcrübəsi” ilə bağlı təqdimatla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar. Seminar iştirakçıları müzakirələrdə fəal iştirak ediblər. Onlar kolorektal xəstəliklərin müalicəsində keyfiyyətli və doğru yanaşmanı təmin edən müalicə prinsipləri mövzusunda debatlar aparıblar.
Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının kollektivi adından professor Ayhan Kuzuya təşəkkür plaketi təqdim olunub. Seminar Mərkəzi Gömrük Hospitalının “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Həkimdən koronavirusla mübarizədə dəyərli məsləhətlər!
27.03.2020
Süd verən analara koronavirusla bağlı müraciət
26.03.2020
Virusları məhv edən dərman bitkiləri - Dəmləyib içə bilərsiniz- VİDEO
25.03.2020
Yüksək təzyiqlə koronavirus arasında əlaqə aşkarlandı
25.03.2020
Koronavirusun yeni əlaməti bir neçə gün ərzində iy və dadbilmə hissinin itməsidir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11485

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info