Azərbaycan vətəndaşları İsrailə vizasız gedə biləcək
Tarix: 24.09.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Xidməti və diplomatik pasportlara malik şəxslər üçün viza rejimi ləğv olunur

Milli Onkologiya Mərkəzinin potensialının gücləndirilməsi üzrə Mərkəz və İsrail Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi (MAŞAV) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev və İsrail səfiri Rafael Harpaz imza atıb. İki tərəf arasında keçirilən görüşdə Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev bildirib ki, bütün şöbələrin fəaliyyət göstərdiyi mərkəzdə insanlar yüksək səviyyədə müalicə olunurlar. Onun sözlərinə görə, mərkəzdə yaradılan şəraitdən sonra insanların hansısa xarici ölkədə müalicə almasına ehtiyac yoxdur. C.Əliyev qeyd edib ki, onkoloji xəstələr müalicə üçün tələb olunan bütün dərmanlarla dövlət tərəfindən pulsuz təmin edilirlər. C. Əliyev qeyd edib ki, Milli Onkologiya Mərkəzi səhiyyə sahəsində də İsrail hökuməti ilə əməkdaşlıq etməyə hazırdır. Səfir Rafael Harpaz da iki ölkənin səhiyyə sahəsində müəyyən əməkdaşlıqlarının olduğunu deyib. Öz bacısının beyin xərçəngindən əziyyət çəkdiyini deyən səfir bu xəstəliyin çarəsinin tezliklə tapılacağına ümid etdiyini deyib. Səfirin sözlərinə görə, İsrailin səhiyyə sahəsində 65 illik təcrübəsi var: “Azərbaycanla bu əməkdaşlıqları bölüşmək və mütəxəssislərin qarşılıqlı təcrübəsini təşkil etmək niyyətindəyik. Biz istəyirik ki, azərbaycanlı həkimlər İsraildə müəyyən təcrübə keçsinlər və səhiyyə sahəsində bəzi məsələləri daha yaxından öyrəndikdən sonra onları Azərbaycanda tətbiq etsinlər”. Səfir Rafael Harpaz jurnalistlərə açıqlamasında deyib ki, gələn ay Azərbaycan və İsrail arasında xidməti və diplomatik pasportlara malik şəxslər üçün viza rejiminin aradan qaldırılması gözlənilir. Səfir bildirib ki, viza rejiminin ləğvi ilkin olaraq diplomatik və xidməti pasportları olan insanlara şamil olunacaq: “Bu, iki ölkə arasında imzalanan müqavilənin ilkin hissəsi olacaq. İnanırıq ki, gələcəkdə Azərbaycan vətəndaşlarının İsrailə vizasız getmələrinə şərait yaradılacaq. Əgər statistikaya baxsaq görərik ki, ildən-ilə Azərbaycandan İsrailə gedən, İsraildən Azərbaycana gələn turistlərin sayı artır. Bütün bunları düşünərək vətəndaşlar üçün də vizasız gediş-gəlişin yaradılması lazımdır”. Rafael Harpaz onu da deyib ki, İsrail Azərbaycanla mədəniyyət, səhiyyə və digər sahələrdə də yaxından əməkdaşlıq edir: “Elə bu yaxınlarda 3 azərbaycanlı muğam ifaçısının İsraildə konserti olub. Oktyabrın sonlarında isə İsrailin məşhur caz ifaçısı Azərbaycanda konsert verəcək”. Səfir qeyd edib ki, gələn il İsrail və Azərbaycan dövləti arasındakı əməkdaşlığı gücləndirən tədbirlər və səfərlər həyata keçiriləcək. O bildirib ki, bu ilin dekabr ayında keçiriləcək “Bakutel” sərgisində İsrailin 14 şirkətinin iştirakı təsdiqlənib. Səfirin sözlərinə görə, böyük nümayəndə heyətinin dekabr ayında Azərbaycana gəlməsi gözlənilir: “Bundan əlavə, iki dövlət arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində ikiqat vergiqoymanın aradan qaldırılması ilə bağlı müqavilənin bağlanacağı gözlənilir”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info