Rusiya XİN Azərbaycan Milli Məclisinə erkən seçkilərin nəticələrini şərh edib
Tarix: 10.02.2020 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edib. APA xəbər verir ki, nazirliyin münasibəti rəsmi internet saytında yerləşdirilib. Bildirilib ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasından alınan ilkin məlumata görə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə liderdir.
1314 namizəd 125 yer uğrunda mübarizə aparıb ki, bu da 2015-ci ildəki son parlament seçkilərindən iki dəfə çoxdur. Seçkilərdə 19 siyasi partiyadan 246, təşəbbüs qruplarından 11 və bitərəf olan 1057 namizəd iştirak edib. Seçicilərin fəallığı 47,81% olub, səsvermədə 2 milyon 547 min 982 nəfər iştirak edib.
Seçkiləri çoxsaylı yerli (77 mindən çox) və xarici (883) müşahidəçi, o cümlədən Rusiyadan olan müşahidəçilər qrupu izləyiblər. MDB və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçiləri seçkilərin milli qanunvericiliyin tələblərinə uyğun keçirildiyini və vətəndaşların səsvermə hüquqlarının kobud şəkildə pozulması hallarının aşkar edilmədiyini bildirib.
Təəssüf hissi ilə qeyd edirik ki, DTİHB, ATƏT və Avropa Şurası Parlament Assambleyalarından olan müşahidəçilər qərəzli və subyektiv yekun qiymətləndirmələr aparıblar. “Azərbaycanlı dostlarımızı seçkilərin uğurla keçirilməsi münsibəti ilə təbrik edirik və bildiririk ki, bu, Azərbaycan rəhbərliyinin ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəlmiş islahatlarına əhalinin dəstəyini göstərir. Milli Məclisin deputat korpusunun yeni tərkibi və Rusiya Federasiyası Federal Məclisi arasında Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq ruhunda sıx və konstruktiv qarşılıqlı fəaliyyətin davam edəcəyini gözləyirik”, - deyə Rusiya XİN bildirib.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
“Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirilib
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info