“Nayrobidə ticarət mərkəzinə hücum edənlər arasında amerikalılar da olub”
Tarix: 24.09.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Nayrobidəki ticarət mərkəzi terrorçulardan təmizlənib

Keniya təhlükəsizlik qüvvələri Nayrobidəki “Westgate” ticarət mərkəzindəki əməliyyatın başa çatmaq üzrə olduğunu bəyan edib. Ölkənin daxili işlər naziri Cozef Ole Lenku bildirib ki, xüsusi təyinatlılar binadakı bütün mərtəbələri nəzarətdə saxlayır: “Terrorçular qaçırlar və bəzi dükanlarda gizlənirlər. Onlar heç yana qaça bilməz”.

Nazir əlavə edib ki, hücum edənlərdən 5 nəfəri ələ keçirmək mümkün olub. Onlardan biri bir müddət sonra aldığı xəsarətlərdən ölüb. Keniyada hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində girov götürülmüş 200 nəfər azad edilib. Xilas edilmiş 200 nəfərdən 65 nəfər xəstəxanaya yeləşdirilib. Əməliyyat zamanı həmçinin 11 hərbçi yaralanıb. Keniya xarici işlər naziri Amin Mühəmməd bildirib ki, ticarət mərkəzinə hücumda xarici vətəndaşlar iştirak edib. Diplomat bildirib ki, hücum edənlər arasında 2-3 amerikalı və bir nəfər britaniyalı olub. Bu arada ABŞ prezidenti Barak Obama Keniyaya terrorçuların “Westgate” ticarət mərkəzinə hücumunun nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı vəd edib. Obama Nayrobidə insanların girov götürülməsini dəhşətli hadisə kimi xarakterizə edib. Nigeriya prezidenti Qudlak Conatan isə Keniya xalqına başsağlığı verib. O bəyan edib ki, dünyanın istənilən nöqtəsində baş vermiş terror aktı hər bir insana qarşı yönələn terror aktıdır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info