BMT-ni ən çox dəstəkləyən ölkə baş katibin vətənidir
Tarix: 24.09.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Nyu-Yorkda BMT Baş Məclisinin 68-ci sessiyası açılıb. Sessiya ərəfəsində Vaşinqtondakı Pyu adına tədqiqat mərkəzi tərəfindən aparılmış sosioloji sorğunun nəticələri elan edilib.
Məlum olub ki, sorğu aparılmış 39 ölkədən 22-sində bu beynəlxalq təşkilatın fəaliyyətini müsbət qiymətləndirirlər. Sosioloqların məlumatına görə, BMT-ni ən çox dəstəkləyən ölkə indiki baş katibin vətəni Koreya Respublikasıdır. Burada vətəndaşların 84 faizi BMT-nin işini bəyənir. İndoneziyada, Filippində, həmçinin Afrika, Avropa və Latın Amerikası ölkələrinin əksəriyyətində Təşkilatın yüksək reytinqi qeydə alınıb. Bundan başqa, mütəxəssislər aydınlaşdırıblar ki, yaşlılarla müqayisədə gənc nəslin bu təşkilata münasibəti daha yaxşıdır. Çin istisna olmaqla, Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrdə sakinlərin əksəriyyəti və bu beynəlxalq təşkilatın fəaliyyətindən razı olduqlarını bildiriblər: Böyük Britaniyada bu fikirdə olanlar 64 faiz, Rusiyada 53 faiz, ABŞ-da 58 faiz, Fransada 63 faiz təşkil edir. Çində isə əhalinin nisbi əksəriyyəti (45 faiz) BMT-yə neqativ münasibət bildirib. Tədqiqatçıların hesablamalarına görə, İsraildə, İordaniyada və Türkiyədə bu təşkilata münasibət əsasən mənfidir. Həmin ölkələrdə BMT-nin fəaliyyətini bəyənməyən sakinlərin sayı, müvafiq surətdə, 70 faiz, 61 faiz və 56 faiz təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info