ABŞ şirkəti: “Seçicilərin 86 faizi Prezident İlham Əliyevi dəstəkləyir”
Tarix: 24.09.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Corc Birnbaum: “Prezidentin reytinqi təkcə
sürətlə artan Azərbaycan iqtisadiyyatı ilə deyil,
həm də onun güclü liderliyi ilə əlaqədardır”


“APA Holding” MMC-nin dəvəti ilə oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində “exit-poll” təşkil edəcək ABŞ-ın “Arthur J. Finkelstein and Associates” (AJF) şirkəti seçki öncəsi sorğu keçirib.
Sorğunun nəticələrinə görə, seçkilərə 2 həftə qalmış seçicilərin 86%-i Prezident İlham Əliyevi dəstəkləyir. Seçkidə hər zaman iştirak etdiyini bildirənlər arasında Prezidenti dəstəkləyənlər 90.5% təşkil edir. “Biz bu məlumatın dəqiqliyinə əminik” - deyə “Arthur J. Finkelstein and Associates” şirkətinin icraçı direktoru Corc Birnbaum bildirib.

C. Birnbaum bildirib ki, Prezidentin reytinqi təkcə sürətlə artan Azərbaycan iqtisadiyyatı ilə deyil, həm də onun güclü liderliyi ilə əlaqədardır: “Keyfiyyətli və geniş araşdırma göstərir ki, Azərbaycanın təhlükəsizliyi və daxili məsələlər seçicilər arasında əsas prioritet təşkil edən məsələlərdir, bu da İlham Əliyevə dəstəkdə özünü göstərir. Seçicilər hesab edir ki, o, ölkəni irəli aparır və onu qorumağa davam edəcək”. Respondentlərin 87%-i hesab edir ki, İlham Əliyev ölkəni terror aktlarından qoruyub, 82%-i hesab edir ki, Azərbaycanı erməni təcavüzündən qoruyub. 1 milyondan artıq azərbaycanlının didərgin düşməsi ilə nəticələnən Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı seçicilərin ağrılı problem olaraq qalır. “Azərbaycan barədə düşünəndə ağla nə gəlir” sualına birinci cavab “Vətən”, ikinci cavab isə “Dağlıq Qarabağ” olub, bu, seçicilərin güclü vətənpərvərlik və millətçilik hisslərini ifadə edir.
Sorğunun nəticələrinə əsasən, müxalifət namizədlərinin reytinqləri çox aşağıdır.
C. Birnbaum bildirib ki, seçicilərin prezidentin fəaliyyətinin necə qiymətləndirilməsi, ona şəxsi səviyyədə qətiyyətli dəstəyin göstərilməsi və müxalifətin xalqı həyəcanlandıracaq bir namizədin irəli sürməməsi arasında qarşılıqlı əlaqə var. Sorğu 1000-ə yaxın seçici arasında avqustun sonu, sentyabrın əvvəlində yerli araşdırma şirkəti olan Tərəqqi İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçirilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info