“Ermənistanda Paşinyanın iqtisadi proqramlarına inanan yoxdur”
Tarix: 11.02.2020 | Saat: 17:00:00 | E-mail | Çapa göndər



“Qolos Armenii”:
“Ermənistana sərmayə yatırılmır və dünya təcrübəsi də göstərir ki, xarici investisiya axını olmayan ölkə inkişaf edə bilməz”

“Güclü qar əlverişli iqtisadi il üçün gözləntilərimizi artırır. 2020-ci il təkcə kənd təsərrüfatı üçün deyil, həm də digər sahələr üçün məhsuldar olacaq”. Ermənistanın baş naziri Nikol Paşinyanın «Facebook» səhifəsində pyalaşdığı fikirlərinə diqqət yetirdikdə, adam Ermənistanda yağan qarın kəramətinə həsəd aparır. “2020-ci ildə hər kəs kənd təsərrüfatının tənəzzül mərhələsindən çıxması da daxil olmaqla iqtisadi artımın ən az 8-9 faiz olmasını təmin etmək üçün çalışmalıdır”. Bunu da erməni xalqından Paşiynan təvəqqe edir. Maraqlıdır ki, baş nazirin fikirlərinə üstüörtülü şəkildə olsa da, istehza nümayiş etdirən «Qolos Armenii» saytı Paşinyanın ötənilki «parlaq fəaliyyətinin» nəticələrini önə çəkərək tərəddüdlərini gizlətmir: “Bu gün baş nazir tərəfindən iqtisdi inkişafla bağlı «formalaşdırılan ideyaları» xalq hələ ki, anlaya bilmir. Amma əhalinin əsas gəlir mənbəyi olan kənd təsərrüfatındakı tənəzzülü, ölkənin başqa sahələrindəki «inkişafa» qatıb «parlaq» kimi qiymətləndirmək başa düşülən deyil”. Sayt sual edir: “Görəsən ölkənin hələ ki, əsas aparıcı sahəsi olan kənd təsərrüfatındakı tənəzzülü aradan qaldırmaq üçün baş nazir nəyə ümid edir? Bəlkə, ölkədə bir neçə fermerin də qatıldığı pilot məhsul sığortası hesabınamı? Qeyd edilməlidir ki, bu gün Ermənistanda kənd təsərrüfatına mənsub səlahiyytlilər hələ ki, əyalətlərdə ciddi təşəbbüslə çıxış etməyiblər. Əslində, bu da əsassız deyil. Çünki, Paşinyan hökumətinin dövlətə dəstək proqramında yeni bir şey yoxdur: hamısı özündən əvvəlkilərdən qalan mirasdı. Məhz bu mənada, bu «proqramm»ların ötən illə müqayisədə daha «parlaq» olacağına ölkədə inanan yoxdur”. Bu gün ölkənin ixracdan daha çox idxal etdiyini bildirən sayt, nəticə olaraq xarici ticarət balansının mənfi saldosunun dərinləşdiyini xüsusi qeyd edir: “Lakin, maraqlıdır ki, nə Paşinyan şəxsi «Facebook» səhifəsində, nə də onun komanda üzvləri ictimayyətlə ünsüyyətdə olarkən bu barədə danışımadan yayınırlar».


“Ermənistan Statistika Komitəsinin rəsmi məlumatına görə, 2019-cu ilin son aylarında ölkənin xarici borcu 5 milyard 573 milyon dollardan, 5 milyard 790 milyon dollara yüksəlib, yəni 217 milyon dollar artıb”


Bunu ölkəsi üçün böyük bir problem sayan sayt daha sonra yazır: “Ermənistana sərmayə yatırılmır və dünya təcrübəsi də göstərir ki, xarici investisiya axını olmayan ölkə inkişaf edə bilməz. Yeni bir sual doğur, Paşinyan və onun komandası bu istiqamətdə hər hansı bir addım atıblarmı? Təbii ki, yox! Demək olar ki, təkcə Paşinyan hakimiyyəti dövrünüdə ölkəyə birbaşa xarici sərmayə 60 milyon dollardan çox azalıb. Ancaq Paşinyanın belə bir şəraitdə ölkənin «parlaq inkişafı» ilə bağlı «Facebook» səhifəsindəki paylaşmaları insanda gülüşdən çox ikrah hissi oyadır”. Maraqlıdır ki, Ukrayna prezidenti Zelenskinin maraqlı bir təcrübəsini Paşinyana nümunə göstərən sayt, onun Ukrayna iqtisadiyyatına 100 milyon dollar sərmayə qoyan hər hansı bir investora, həmin investorun problemini həll edəcək bir məmur təhkim etdiyini bildirir. Sayt yenə də sual edir: “Bu gün baş nazir Paşinyan və ya onun müavinləri bu istiqamətdə hər hansı bir təşəbbüslə çıxış ediblərmi? Yenə də yox!”. Sayt daha sonra, hakimiyyətə gələn ərəfədə Ermənistanın xarici borcunu tezliklə «əridəcəyini» xalq qarşısında bir öhdəlik kimi götürən Paşinyanın bu cəhətdən də üzüqara olduğunu yazır: “Ermənistan Statistika Komitəsinin rəsmi məlumatına görə, 2019-cu ilin son aylarında ölkənin xarici borcu 5 milyard 573 milyon dollardan, 5 milyard 790 milyon dollara yüksəlib, yəni 217 milyon dollar artıb”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
Özbəkistanda koronavirusa yoluxanların sayı 263 nəfərə çatıb
04.04.2020
Rusiyada 235 uşaqda koronavirus aşkarlanıb
04.04.2020
“Düz dörd il öncə Azərbaycan ordusu öz gücünü göstərdi“
04.04.2020
Qazaxıstanda koronavirusdan 5-ci ölüm hadisəsi qeydə alınıb
04.04.2020
Ukraynada koronavirusdan 28 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info