Almaniya mətbuatından Kristofer Ştrasserə qarşı ciddi ittihamlar
Tarix: 24.09.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi kimi tanınmış Kristofer Ştrasserə qarşı ölkəsinin mediasında ciddi ittihamlar səsləndirilir. Almaniyanın "Die Welt" qəzeti “Sosial Demokrat Partiyasının siyasətçiləri "pedofil qalmaqalı" fonunda təzyiq altında” başlıqlı məqaləsində bu barədə yazıb.
Bildirilir ki, "pedofil qalmaqalı" ilə indi də Sosial Demokrat Partiyası (SDP) funksionerləri üzləşib: "Gənc demokratların rəhbəri kimi SDP-dən Bundestaqın üzvü Kristofer Ştrasser 1980-ci ilə qədər cinsi zorakılığa və cinayətə görə məsuliyyəti nəzərdə tutan qanunun və cinayət hüququnun ləğvi üzrə məsul müzakirələrdə ittiham olunur". Almaniyanın “Sueddeutsche” qəzeti də K.Ştrasserin "uşaqlar və böyüklər arasında “razılıq əsasında intim əlaqəyə” görə cinayət məsuliyyəti daşımamağı nəzərdə tutan qanunun qəbul edilməsini tələb etdiyini bildirir: "Pedofil qalmaqalı"nda təkcə yaşıllar deyil, eyni zamanda SPD siyasətçiləri də ittiham olunurlar". Almaniyanın məşhur “Focus” jurnalı da “Pedofil əməllərin qanuniləşdirilməsinə eyni zamanda FDP Gəncləri də tərəfdar olublar” adlı yazısında bu qalmaqaldan və Ştrasserdən yazıb: "Təəssüflər olsun ki, yalnız yaşıllar deyil, eyni zamanda daha bir siyasi qruplaşma - Gənc Demokratlar da 30 il əvvəl pedofil aktların toxunulmazlığını tələb ediblər. Beləliklə, onlar 80-ci illərdə öz fəaliyyət proqramlarında böyüklər və uşaqlar arasında “könüllü və razılıq əsasında cinsi əlaqəni” qanuniləşdirmək tələbi ilə çıxış ediblər". "Pedofil qalmaqalı" ilə bağlı analoji məzmunlu məqalələr Almaniyanın aparıcı media qurumlarının və internet saytlarının əsas mövzusuna çevrilib. K.Ştrasser isə bununla bağlı yazılı açıqlamasında ona qarşı olan ittihamlara dair “heç bir yazılı sübutun olmadığını" bildirib: "80-ci illərin əvvəllərində Gənc Demokratların hamısı cinsi zorakılıq barədə qanunun ləğv olunmasını istəyirdilər". K.Ştrasser ona qarşı olan ittihamları “cəfəngiyyat” adlandırıb. O bildirib ki, "uşaqlara qarşı seksual əməllərə görə törədilən cinayətə heç bir vəchlə bəraət qazandırıla bilməz". K.Ştrasser bildirib ki, 2013-cü ildə SDP parlament fraksiyası ilə birlikdə intim münasibətdə yaş həddinin artırılması ilə bağlı qanun qəbul edilməsi təklifi ilə çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info