Milli Müdafiə Naziri Hulusi Akarın NATO-ya çağırışı
Tarix: 12.02.2020 | Saat: 14:08:00 | E-mail | Çapa göndər


Milli Müdafiə Naziri Hulusi Akar Suriya rejiminin İdlibdəki hücumları qarşısında NATO-nu konkret dəstək verməyə çağırıb.

Milli Müdafiə Naziri Hulusi Akar Suriya rejiminin İdlibdəki hücumları qarşısında NATO-nu konkret dəstək verməyə çağırıb.

Akar “Associated Press” xəbər agentliyinə İdlibdə yaşanan hadisələrlə əlaqədar bəyanat verib.
Akar Əsəd rejimi müşahidə və ya hərbi nöqtələrə qarşı hücum edəcəyi təqdirdə Türk əsgərlərinə daha güclü qisas alınması üçün təlimat verildiyini bildirərək deyib:
"Bir şey olarsa cavab veriləcək. Dəfələrlə demişik ki, şəxsi heyətimizi və əsgərlərimizi (İdlibdəki müşahidə məntəqələri) oradan geri çəkməyəcəyik. Onlar vəzifələrini davam etdirəcəklər”.

Akar Türkiyənin İdlibdəki 12 müşahidə nöqtəsindən heç birini boşaltmayacağını vurğulayaraq, Türk əsgərlərinin Suriyanın hərbi nöqtələrə hücumlarına qarşı lazımlı cavabı verəcəyi mövzusunda xəbərdarlıq edib.

Rusiyanın rejim qüvvələrinin əvvəlcədən razılaşdırılmış atəşkəs razılaşmasındakı (2018-Soçi razılaşması) xətdən geri çəkilməsi və hətta strateji əhəmiyyətə malik olan quru yoldan (M5) öz təsirini göstərməsini istədiklərini ifadə edib.
Hulusi Akar "Rejim ünsürlərinin M5 magistral yolundan dərhal çəkilməsini istədik və bunu istəməkdə davam edəcəyik. "Rusiyadan istəyirik ki, bu rejim hücumları dərhal dayandırsın, atəşkəsi təmin etsin və nəticədə insanların evlərinə və torpaqlarına qayıtmalarını təmin etsin. Türkiyənin İdlibdəki məqsədinin Soçi razılamasını dəstəkləmək və bir köç dalğasını qarşısını almaqdır” ifadəsini işlədib.




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Misirdə yeni növ koronavirusdan daha 5 nəfər ölüb
01.04.2020
ABŞ-da son bir sutkada 865 nəfər koronavirusun qurbanı olub
01.04.2020
Meksikada koronavirusa yoluxanların sayı 1215-ə çatdı
01.04.2020
Nyu-Yorkda koronavirus qurbanlarının sayı 1000-i ötüb
01.04.2020
ÜST dünyada COVID-19 infeksiyasına yoluxanların sayını açıqlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info