Paşinyanın yalan iqtisadi artım oyunu
Tarix: 12.02.2020 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Ermənistan iqtisadiyyatı onu maraqlandırmır, onun üçün ən önəmli məsələ hakimiyyəti qoruyub saxlamaqdır”

Erməni baş nazir Nikol Paşinyan ölkədə yaranan boşluğu özünün şəxçi «Facebook» səhifəsində nikbin paylaşmaları ilə dolduğmağa çalışır. Belə görünür ki, ölkənin “virtual iqtisadi siyasəti” ilə əhalinin yaşam tərzi arasındakı fərq Paşinyan üçün elə də bir önəm kəsb etmir. Onun üçün əsas, hələ təsdiqlənməmiş statistik göstəricilərdir. Məsələn, Paşinyan yenə də «Facebook» aludəçiliyinə xilaf çıxmayaraq yeni paylaşması ilə xalqını “sevindirməyə” çalışıb. Bu dəfə müstəqil ekspertlərin fikirlərinə istinad edən baş nazir ötən il Ermənistanda iqtisadi artımın 8,2 faiz təşkil etdiyini vurğulasa da, “təvazökarlıq” edərək «gəlin fevralda yayımlanacaq rəsmi statistikanı gözləyək» - qeydini də edib.
Mütəxəssis rəyinə istinad edilərkən, adətən həmin mütəxəssislərin kimliyi və ya təmsil etdikləri təşkilatların adları göstərilir. Bir çox hallda təqdim olunan rəylərin dəyəri həmin mütəxəssislərin nüfuzları ilə də ölçülür. «Qolos Armenii» saytı bu məqamı Paşinyana da xatırladıb. Sayt yazır ki, baş nazir bir müddət əvvəl də ölkədəki iqtisadi artım mövzusuna müraciət edərək bu dəfə İsveçrənin «Berner Zeitung» nəşrində Ermənistandakı iqtisadi artıma dair dərc edilən bir məqaləni əsas gətirmişdi. Guya, İsveçrə nəşri ötən il bu ölkədə iqtisadi artımın 8 faiz civarında olduğu barədə geniş rezonans doğuran bir məqalə dərc edibmiş. Erməni saytı Paşinyana sual edir: “Əgər, İsveçrə nəşri Ermənistandakı iqtisadi artımı 8, siz naməlum müstəqil ekspertlərə istinad edib 8,2, iqtisadiyyat naziri Tiqran Xaçatryan isə 7,5 faiz göstərirsə, onda biz real olan hansı göstəricini qəbul etməliyik? Axı, siz naməlum ekspertlərə istinadən iqtisadiyyat nazirinin 7,5 faizlik (?) versiyasını rədd etmiş olursunuz”.
Sayt, Paşinyanın öz hökumət üzvündən daha çox naməlum ekspertlərin fikrinə inandığını da gizlətmir. Sayta görə, bu gün Ermənistanda Paşinyanı bu cür xırda-xuruş işlər o qədər də düşündürmür. Onun üçün ən önəmli məsələ hakimiyyəti qoruyub saxlamaqdır. Bunun üçün ölkənin Statistika Komitəsinin açıqlayacağı real rəqəmlər elə bir önəm kəsb etmir. Çünki hakimiyyətdə Paşinyandır və onun «8,2 faizlik artım»ı necə əldə ediləcəyi müəmmalıdır.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
08.04.2020
Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info