“Körpəlikdə istifadə edilən bezin sonsuzluq yaratması mümkün deyil”
Tarix: 13.02.2020 | Saat: 10:55:00 | E-mail | Çapa göndər


Günay Rəsulova: “Bir də görürsən ana uşağa səhər taxdığı bezi axşam çıxarır, bu isə, doğru deyil”

Uzun illərdir ki, dünyanın hər yerində bütün analar körpələri üçün uşaq bezlərindən istifadə edirlər. Nənələrin “bez uşağın ayağını əyir, ziyandı” kimi sözlərinə baxmayaraq, indi uşaq bezi işlətməyən ana tapmaq mümkün deyil. Bəs yaşlı nəslin nümayəndələrinin iddia etdiyi kimi, bez həqiqətənmi uşaq sağlamlığına ziyandır?
Oğlan uşaqlarında sonsuzluq, uşaqlarda sistit yaradırmı?
Günümüzdə anaların işini rahatladan bütün vasitələrdən izafi, yerli-yersiz istifadə uşağa zərər verə bilər. Amma düzgün istifadə edildikdə zərərdən daha çox fayda verə bilər. Bez seçimində valideynlər ilk növbədə keyfiyyət məsələsinə üstünlük verməlidirlər. Bununla bağlı pediatr Günay Rəsula yazır: “Düzdür, bu, bir az da maddi vəziyyətlə bağlı olan məsələdir. Amma valideynlər ucuz və keyfiyyətsiz bezlərdənsə, daha rahat, əsnək olan, mayeni özünə çəkə bilən və dermatitə səbəb olmayan keyfiyyətli bezlərə üstünlük verməlidirlər ki, bəzi sıxıntılarla üzləşməsinlər. Bez uşağın ayına, çəkisinə uyğun düzgün seçilməlidir. Bəzən uşağın yaşı az olsa da, çəkisi çox olur. Valideyn də bezi sırf uşağın yaşına uyğun alıb taxır, bu zaman bez körpəni sıxır, diskomfort yaradır”. O həmçinin qeyd edib ki, bez tez-tez, vaxtlı-vaxtında dəyişdirilməlidir: “Bir də görürsən ana uşağa səhər taxdığı bezi axşam çıxarır. Əlbəttə, bu, doğru deyil. Bu zaman bezin içindəki dəri nəm qalır. Nəmlik isə dəridə göbələk infeksiyasının əmələ gəlməsinə şərait yaradır. Bezlə təmasda olan dəri bölgəsinin dermatiti, qızarıqlıq, qaşınma, dəri problemləri, infeksiya kimi problemlər olmasın deyə bezdən düzgün istifadə önəmlidir. Bez vaxtı vaxtında dəyişdirilməli, mümkün olduqca uşağa, bezdən erkən çıxarıb, tualet vərdişi öyrədilməlidir”. O həmçinin qeyd edib ki, bezin oğlan uşaqlarında sonsuzluq yaratması ilə bağlı dolaşan fikirlər həqiqəti əks etdirmir: “Bezlərin oğlan uşaqlarında bilavasitə sonsuzluğa səbəb olduğu həqiqətə uyğun fikir deyil. Oğlan uşaqlarında sperm əmələ gəlməsi pubertat dövrdə baş verir. Bu səbəbdən körpəlikdə istifadə edilən bezin sonsuzluq yaratması mümkün deyil. Ancaq uzun müddət bezdən istifadə uşaqlarda (həm qız, həm oğlan)sidik yolu infeksiyasına səbəb ola bilər. Bu infeksiya bəzi uşaqlarda tək bir əlamət, sidikdə qoxu ilə də keçə bilər. Sidik yolu infeksiyası isə böyrəklər üçün təhlükəli vəziyyətdir. Uşaqlarda xroniki böyrək çatmazlığının ən sıx səbəblərindəndir. Ona görə də, bezdən doğru istifadə olunsa, bu zərərlərlə üzləşməmiş olarıq. Bəzən görürük ki, analar bezin içinə parça qoyurlar. Bu, yanlış üsuldur. Bezin tərkibi elə hazırlanıb ki, mayeni özünə çəkir, parça isə yaş qalır. Bu da dəridə dermatit, göbələk infeksiyası, sidik yolu infeksiyasına gətirib çıxara bilər. Onu da vurğulayım ki, nəm salfetlərdən istifadə, dar və sıx uşaq bezi, yaxud sıx alt paltarları da uşaqlarda sidik yolu infeksiyası yarada bilər”. O ki qaldı qız və oğlan uşaqları üçün ayrıca istehsal olunan bezlərə, pediatr onların önəmli fərqi olmadığını bildirir: “Son vaxtlar oğlan və qız üçün ayrıca bezlər reklam olunur. O bezlərin cins nöqteyi-nəzərindən fərqi yoxdur. Sadəcə biznes maraqları, alıcı cəlb etmək üçün adi bezlərə rəng və forma dəyişikliyi ediblər, vəssalam”.
O da qeyd edilir ki, valideynlər uşaqları mümkün olduqca 1 yaşından başlayaraq tualet vərdişini formalaşdırmağa, güvəcə öyrətməyə başlasınlar: “Uşağın güvəcə öyrədilmə yaşı ən gec 1 yaş 8 ayında baş verməlidir. 1 yaşından başlayaraq uşağı yavaş-yavaş güvəcə öyrədərək, bezdən çıxarmaq lazımdır. Bu, uşağın tualet vərdişinin formalaşması, gigiyenası, sidik yolu infeksiyasının önlənməsi üçün çox vacibdir"
Tural




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Həkimdən koronavirusla mübarizədə dəyərli məsləhətlər!
27.03.2020
Süd verən analara koronavirusla bağlı müraciət
26.03.2020
Virusları məhv edən dərman bitkiləri - Dəmləyib içə bilərsiniz- VİDEO
25.03.2020
Yüksək təzyiqlə koronavirus arasında əlaqə aşkarlandı
25.03.2020
Koronavirusun yeni əlaməti bir neçə gün ərzində iy və dadbilmə hissinin itməsidir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11486

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info