Müxalifət niyə belə nüfuzsuz vəziyyətə düşdü?
Tarix: 25.09.2013 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Əli Orucov: “İllərlə eyni liderin eyni fikirləri səsləndirməsi yorucudur”

Artıq uzun müddətdir ki, müxalifət düşərgəsinin başı üzərindən qara buludlar çəkilmək bilmir. Qara zolaqdan çıxmağa çətinlik çəkən müxalif liderlərə elə öz içlərindən zərbə zərbə dalınca gəlir. Bütün bu qarşıdurma, intriqa dolu proseslərin təbliğat-təşviqat kampaniyası başlayandan sonra bitəcəyini gözləsək də hər şey gözlənilənlərin əksinə oldu. “Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin seçicilərlə elə ilk görüşündə qurumda “küskün” mövqedə dayanmış liderlər - Mirmahmud Mirəlioğlu, Əvəz Temirxan, Sülhəddin Əkbər ona biganə yanaşaraq yanında olmadılar. Uğursuz təbliğat-təşviqat kampaniyasını isə elə özləri də aşkar şəkilədə etiraf edərək vaxt azlığından gileylənirlər. Bütün bu kimi bəhanələr təbii ki, onların ağır duruma düşmələrinə səbəb ola bilməzdi.
Əsl səbəblər haqqında “Palitra”ya danışan Azərbaycan Milli İstiqlal Partiyasının(AMİP) funksioneri Əli Orucov müxalifətin təşkilatlanmaq, vahid komanda şəklində birləşmək, insanların onlara olan inamını bərpa etmək kimi bacarıqlarını itirdiyini söylədi: “Bu il ölkədə mühüm siyasi hadisə baş verir. Azərbaycanda prezident seçkiləri keçirilir ki, bu da növbəti bir neçə il üçün xalqın, dövlətin taleyində mühüm rol oynayacaq şəxsin seçilməsi deməkdir. Bununla bağlı cəmiyyətdə də bir hərəkətlilik var və insanlarda fəallıq hiss olunmaqdadır. Təbii ki, burada maraqlı qüvvələr ortaya atılıb ki, öz gücünü, potensialını ortaya qoymaq istəyir. Amma məsələnin başqa tərəfinə də toxunmaq istərdim. Seçki elə bir prosesdir ki, buna qısa müddət qalmış deyil, illərlə hazırlaşmaq lazımdır. Bu bir sıra inkişaf etmiş ölkələrdə də belədir. Bəzi xarici ölkələrdə seçki prosesi bitəndən sonra növbəti seçkilərə hazırlıq prosesi gedir. Bizdə isə bunun tam əksi yaşanır. Ona görə də bəzi fürsətlər əldən verilir və gecikmələr yaşanır. Bu da istər-istəməz seçki prosesində nəticələrə öz təsirini göstərmiş olur. Müxalifət partiyalarının seçkilərdə iştirakı normal haldır. Lakin müxalifətdə də bu seçkiyə olan münasibət heç də birmənalı olmadı. Məsələn, Milli İstiqlal Partiyası, gözlənilirdi ki, seçkilərdə iştirak etsin. Lakin partiya lideri Etibar Məmmədov seçkilərdə iştirak etmək istəmədiyi üçün partiya da digər namizədlə bu seçkiyə qatılmadı. Amma bu, o demək deyil ki, AMİP seçkilərdən kənar qaldı. Partiya prosesləri diqqətlə izləyir. Diqqətlə izlədiyimiz proseslərdə isə gözləntilərimizin əksinə olaraq tamam fərqli hadisələr cərəyan etməyə başladı”.
Əli Orucov deyir ki, siyasəti şouya çevirən bəzi siyasi liderlər öz fəaliyyətləri ilə deyil, ittihamları ilə gündəmə gəlmək istəyirlər. O, təhqirlərin də müxalifət liderlərini gözdən saldığını söylədi: “Seçki prosesində əsas diqqət hədəf qruplarına yönəlməli və seçicilərin öz tərəfinə çəkmək istiqamətində işlər qurulmalıdır. Lakin biz teledebatlarda və bundan əvvəlki proseslərdə sadaladığım məsələlərin şahidi olmadıq. Əksinə, qarşılıqlı təhqirlər, böhtan, iftira və kin-küdurətin şahidi olduq. Bu isə normal hal sayıla bilməz. Təbii ki, gözləntilərin əksinə olaraq müxalifət böyük birlikdə, vahid komanda şəklində iştirak edə bimədi. Bunun da bir neçə səbəbi var. Əsas səbəb isə hələ də bu düşərgədə olan inamsızlıqdır. Liderlərin birinin digərinə üstdən aşağı baxması da bu səbəblərdəndir. Bu düşərgədə əsl birlik bu səbəblərdən baş tutmadı. Artıq səsvermənin başlanmasına isə çox az müddət qaldı. Baxmayaraq ki, müxalifət düşərgəsi özünü monolit və yekdil bir komanda kimi göstərməyə çalışır, amma tamam fərqli şeylər görünür. Elə məqamlar var ki, burada soyuq münasibətləri, kini hiss etdirməmək lazımdır. Hiss olunur ki, birləşib tədbirlər təşkil edəndə, imzatoplama kampaniyalarında “milli şura”da olan bəzi partiyalar kənarda saxlanılır. Orada təmsil olunan bəzi partiyalara inamsızlıq göstərilir və bu qüvvələrə imkan yaradılmır ki, onlar da aktiv olsunlar. Yəni burada növlərə bölünmə tendensiyasını qabarıq şəkildə görürük. Seçkiöncəsi müxalifət partiyalarının birlik ideyası ətrafında yaranan gəlişmələr təşəbbüsü ələ almağa da imkan vermişdi. Amma sonradan ardıcıl olaraq buraxılan səhvlər, seçki taktikasının düzgün qurulmaması nəticə etibarı ilə təşəbüsün tam şəkildə hakimiyyətin əlinə keçməsinə imkan yaratdı. Üstəlik, müxalifət o narazı elektoratı da bu günə kimi öz tərəfinə çəkə bilmədi. Bu hadisə seçkilərdə müxalifətin uğur qazanacağına və hədəfə çatacağına şübhələri artırdı”.
AMİP funksionerinə görə, müxalifət indiki pis duruma birdən-birə düşməyib. Mərhələ-mərhələ olaraq buraxılan səhvlərin nəticəsidir ki, bu liderlər indiki hala gəlib çıxdılar. Bu səhvlərdən nəticə çıxarılmaması da burada öz sözünü demiş oldu. Bu gün müxalifətin özündə də buraxılan səhvləri araşdırıb bundan nəticə çıxaran qurumlar yoxdur. Belə bir təşəbbüsləri də görməmişik. Eyni zamanda edilən səhvlərin etirafı da yoxdur: “Hər kəs elə bilir ki, atdığı bütün addımlar doğrudur. Amma bu belə deyil. İnsan varsa, fəaliyyət varsa, burada yanlışlıqlar da ola bilər. Təkra-təkrar o yanlışlıqları yenidən siyasətə daşımaq və yaxud da köhnə stereotiplərdən kənara çıxmamaq da nəticə etibarı ilə onları uğursuzluq məngənəsinə salacaqdı. Söhbət ondan gedir ki, müxalifət yenilik, dəyişiklik istəsə də, bu dəyişiklik sözügedən düşərgənin özündə yoxdur. Bu yeniliyi, dəyişikliyi gerçəkləşdirəcək potensial da üzdə deyil. İnsanlar beş, on il eyni şeyi görüb eyni ideyanın ardınca gedəndə yorulurlar. Bu müxalifətə inanan və arxasınca gedən insanları da bir növ bezdirib. Ona görə də yenilik istəyən kəs özü yeniləşməlidir. İllərlə eyni liderin eyni fikirləri səsləndirməsi yorucu olur axı. Komanda yeni və uğurlu olsa insanlar yeniləşməyə, inkişafa daha çox meyllli olarlar. Bu baxımdan düşünürəm ki, bu seçkidən sonra Azərbaycan siyasi arenasında yeni qüvvələrin görünməsi təbii proseslərin gedişi olacaq və bu real görünür. Özünü ənənəvi müxalifət adlandıran siyasi qüvvələrin liderləri artıq tarixə keçməlidirlər. Onların tarixdə necə qalmasını isə zamanın ixtiyarına buraxaq. Ona görə də o insanlar imkan yaratmalıdırlar ki, yeni simalar meydana çıxsınlar və siyasi təfəkkürü dəyişsinlər, həm də müxalifətə yeni baxışlar gətirib ölkədəki gərgin situasiyanı aradan qaldıra bilsinlər. Bu qarşıdurmanı, düşmənçiliyə istiqamətlənmiş siyasi kursu aradan götürsünlər”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info