Gültəkin Hacıbəylinin yalanı ifşa olundu
Tarix: 25.09.2013 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


“Milli şura” adlı qondarma birlik yaranan gündən əksər siyasi şərhçilər bura fırıldaqçı, ikiüzlü, üzdə gülüb arxada bir-birinə balta tutanlar və s. bu kimi anormal keyfiyyətə malik şəxslərin toplumu olduğunu dəfələrlə demişdilər. O zaman bu fikirlər müxalif düşərgədə aqressiya ilə qarşılansa da zaman-zaman deyilənlər faktlarla sübutunu tapdı və indi artıq müxalifətçilər də onların başında duranların hansı yuvanın quşu olmalarını qəbul edirlər. Mövqelərini dəyişib yedikləri qaba tüpürənlərin də məkanı olan “milli şura”da Gültəkin Hacıbəylinin də təmsil olunması təəccüb doğurmadı.
Ən maraqlısı isə bu xanımın yalançı olması ilə bağlı dəfələrlə faktların ortaya çıxmasıdır. Belə ki, bir müddət əvvəl məhkəmə tam qanuni olaraq çıxardığı hökmün icrasının təmin olunması tədbiri kimi Gültəkin Hacıbəylinin iki maşını və bir mənzilinin üzərinə həbs qoyanda, o, bunun guya qanunsuz olduğunu demişdi. Və müsahibə verərək bildirmişdi ki, maşın guya onun yox, ərinindir.
Amma sosial şəbəkələrdə yayılan maraqlı informasiyalar bu yalanı da alt-üst etdi. Ortaya çıxan məlumatlar Hacıbəylinin yalan dediyini ortaya çıxarıb. Belə ki, Baş Dövlət Yol Polisindən verilən rəsmi məlumata əsasən, G.Hacıbəyli «Toyota Avalon» və «LEXUS LX570» markalı avtomobillərin sahibidir və həmin maşınların idarə edilməsi üçün üç nəfər kişiyə etibarnamə verilib. Amma həmin etibarnamələrdə bu kişilərin hansının onun əri olduğu yazılmayıb. Əgər hansısa əridirsə belə, bütün hallarda, maşın onun yox, Gültəkin Hacıbəylinindir.
Yəni xalqı “ağ günə” çıxarmaq iddiasında olan şəxs utanıb-çəkinmədən elə həmin xalqa yalan deyir. Bu yalanların yayılmasında isə Gültəkin Hacıbəyliyə o qəzetlər köməklik edir ki, vaxtilə onun qanunsuz əməllərini ifşa eməklə məşğul idilər.
Məsələn, AXCP-nin mətbu orqanı olan «Azadlıq» qəzetinin 2-3 oktyabr 2005-ci il tarixli 208(2871)-ci sayında «Azadlıq» blokunun 96 saylı Goranboy-Naftalan seçki dairəsindən vahid namizədi Elçin Rzayevin müsahibəsində oxuyuruq: “…İndi dairənin seçiçilərini ən çox bir məsələ maraqlandırır. Onlar Gültəkin Hacıyevanın hansı üzlə yenidən namizədliyini bu dairədən irəli sürməsini başa düşə bilmirlər. Özünü avropalı xanım sayan Gültəkin Hacıyeva, görəsən Avropanın demokratik dəyərlərinə niyə sayğı göstərmir? Onun hələ bu əraziyə gəlib əhalinin hansısa problemilə məşğul olduğunu, insaların gün-güzəranı ilə maraqlandığını görən olmayıb. Rayonda onun nüfuzu olduqca aşağıdır. Haqqında uzun-uzadı söz-söhbətlər dolaşır...».
Təəssüf ki, həmin “söhbətlərin” nədən ibarət olduğu açıqlanmayıb, yoxsa, əminik, məqalə daha da maraqlı alınardı. Amma bütün hallarda bir daha xatırladaq ki, bunu yazan “Azadlıq” qəzetidir. İndi Gültəkin Hacıbəyliyə və onun yalanlarına ciddi-cəhdlə dəstək verən qəzet. Görəsən, nə dəyişib?

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info