Büllur Hümbətov: “Milli şura” namizədinin xarici mətbuata istinadı anormaldır”
Tarix: 25.09.2013 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Müxalifətin “milli şura”sının prezidentliyə namizədi Cəmil Həsənlinin şöhrətinə görə əvvəlki namizəd Rüstəm İbrahimbəyovdan geri qaldığı deyilsə də ondan daha üstün və ağıllı olduğu bildirilirdi. Təbii ki, bu şişirtmələr də sabun köpüyü kimi az müddətdən sonra partladı. Cəmil Həsənlinin İbrahimbəyovdan bir baş yuxarıda olması da təsdiqini tapmadı. Beləcə radikallar seçkilərə yenə də uğursuz bir insanla qatılmalı oldular. Təbliğat-təşviqat kampaniyasında isə teledebatlara qatılan Cəmil Həsənlinin çıxışları elə onun özünün əleyhinə çevrilir. 10 il müddətində millət vəkili olarkən indiki anormal tənqid və yersiz fikirləri səsləndirməyən Cəmil Həsənlinin birdən-birə çevrilib “demokrat” olması sual doğurmaya bilməzdi. Deputat olanda demədiyi tənqidlərini indi səsləndirməsi onun qeyri-səmimiliyinin göstəricisidir. Bundan başqa son zamanlar xarici mətbuatda Azərbaycanın əleyhinə yönəlmiş əsassız məqalələrin artması fonunda Cəmil Həsənlinin də bundan “məharətlə” yararlanması diqqətçəkən məqamdır. Bunun çirkin oyun olduğunu bilən bir tarixçi ziyalının da həmin oyunun iştirakçısı kimi meydana atılması Azərbaycan ziyalıları tərəfindən qəbul olunmur.
Ümumiyyətlə isə nəinki ziyalılar, elə bütövlükdə cəmiyyət Rüstəm İbrahimbəyov kimi əhlikef, yalançı və milli maraqları maddi maraqlarına satan birini özünə rəhbər seçmiş bir namizədi qəbul etmir. Qısası, artıq insanlar arasında belə bir rəy formalaşıb ki, Cəmil Həsənli səmimi biri deyil və o, xaricdən gələn siqnallarla kimlərinsə sözünü deyir. Platforması haqqında danışmaq əvəzinə o, aldığı təlimatlara uyğun olaraq çıxışlar edir.
Vətəndaş və İnkişaf Partiyası sədrinin müavini Büllur Hümbətov “Palitra”ya verdiyi açıqlamada doğrudan da “milli şura”nın namizədinin anormal bir mövqe sərgilədiyini söylədi. O, standart ittihamlarla xalqın gözünə girməyin düzgün olmadığını da bildirdi: “Adətən seçkiləri müxalif qüvvələr maraqlı edib rəng qatırlar. Amma təəssüf doğuran haldır ki, bizdə bunun əksinə olaraq müxalifətin liderləri seçkiyə yeni təhqir və ittiham formaları gətirirlər. Cəmiyyət onsuz da bilir ki, bu ölkədə hansı siyasətçi necə yaşayır və onun səsləndirdiyi ittihamlar haradan qaynaqlanır. Təəssüf hissi ilə qeyd edim ki, teledebatlarda siyasətçilərin sözləri bir-birinin boğazından keçmir. Ümumi sözlər, təhqiramiz ifadələrlə müşahidə olunan seçki debatlarının işini pozanlar artıq anlamalıdırlar ki, onlara qarşı münasibət mənfi istiqamətdə dəyişir”. VİP funksioneri onu vurğuladı ki, cəmiyyətin böyük əksəri bu fikirdədir ki, müxalif qüvvələr seçkilərə bu şəkildə qatılmamalı idi. Namizədlər öz platformalarından danışmalıdırlar. İnsanlar da ekran qarşısında oturub dinləməlidir ki, hansı namızədin savadı necədir, komandasının gücü nədir, görə biləcəyi işləri hansı səviyyədədir. Onlar cəmiyyətə nə verəcəklərini gündəmə gətirib savadlarını ortaya qoymalıdırlar. Bunun əksinə olaraq təqhiramiz ifadələrlə səviyyələrini göstərirlər: “Hesab edirəm ki, bu gün cəmiyyətdə belə fikir formalaşıb ki, müxalifət partiyaları nəzarət altındadırlar. Dünən hakimiyyətdə olmuş və ya bu hakimiyyətin zamanında müəyyən mövqe, vəzifə qazanmış adam bu gün müxalifətdədirsə, bu təbii qarşılanmalıdır. Amma müxalifətdə olub dünən danışdığı tərifin əksinə çıxışlar etməsi anormal görünür. Bu təəssüf hissi doğurur. Bütün bu olaylar öz-özünə yaranmır. “Milli şura” formalaşanda hər kəs gördü ki, onların xaricdən asılılıqları var. Belə qurumun namizədi də xaricdəki mətbuata istinad etməli ora bağlılığını gizlətməməli idi. Amma yenə deyirəm ki, burada daha çox seçki təbliğatında şəxsi məsələlərin qabardılmasına diqqət çəkmək lazımdır. Ailə bizdə müqəddəs sayılır. Teledebatlarda ailə məsələlərinin ortaya gətirilməsi təəssüf hissi doğurur. Bu bizdə ilk dəfədir baş verir ki, bunu da müxalifət etdi. Seçki təbliğatında təhqirlərə üstünlük verən adamları cəmiyyət gözəl tanıyır. Cəmil Həsənlinin siyasi təcrübəsizliyi də burada öz işini görmüş oldu”.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info