Prezident: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur”
Tarix: 16.02.2020 | Saat: 11:40:00 | E-mail | Çapa göndər


“Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə bildirib.
Dövlət başçısı bunun “feyk” xəbər olduğunu vurğulayıb: “Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə bir həqiqətdir. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir”.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Aprel döyüşlərində şəhid olan Milli Qəhrəman Samid İmanovun şəhadətindən 4 il ötür
09.04.2020
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi yubiley medalı təsis edilir
09.04.2020
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib
08.04.2020
Azərbaycan işğal olunmuş Dağlıq Qarabağda karantin rejimi elan edə bilər
08.04.2020
Azərbaycanda 1 tibb işçisi koronavirusa yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
3 Azərbaycana gələn əcnəbilərin sayı artıb
4 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
5 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info