Paşinyan Prezident İlham Əliyevin qarşısında növbəti dəfə aciz vəziyyətdə qaldı
Tarix: 16.02.2020 | Saat: 15:28:00 | E-mail | Çapa göndər



Sözün həqiqi mənasında Ermənistanın baş naziri Nikol Paşinyan siyasi süquta düçar oldu. Prezident İlham Əliyev bütün beynəlxalq ictimaiyyət qarşısında Paşinyanı darmadağın etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Münxendə Prezident İlham Əliyevlə Paşinyanın görüşünü şərh edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib.
O qeyd edib ki, Münxendə bu ayın ən önəmli siyasi hadisələrindən biri baş verdi. Ölkə başçısı küçə hərəkatçısı Paşinyana real siyasətdə yeri olmadığını bir daha göstərdi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi arqumenti qarşısında Paşinyan sadəcə məğlub formada susmağa üstünlük verdi. Prezident dedi ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib. Paşinyanın məhz bu kontekstdən “cavabları” gülüşə səbəb olub. Məhz buna görə də dünəndən bütün erməni diaspor və lobbi təşkilatları Paşinyana qarşı kəskin fikirlər tirajlayırlar.

Prezident, həmçinin deyib ki, ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur. Paşinyanın saxta “tarixi ekskursiyası” da ölkə başçımız və zaldakı müşahidəçilər tərəfindən gülüşlə qarşılandı”, - deyə politoloq əlavə edib. Onun sözlərinə görə, Paşinyan bir daha göstərdi ki, onun ciddi siyasi açıqlamalar verəcək nə arqumenti, nə də siyasi bazası var.

Tural İsmayılov vurğulayıb ki, dövlət başçısı təkcə siyasi dərs keçməyib, O, soyqırımı da bütün dünyanın gözü önündə Paşinyanın üzünə çırpdı. “Azərbaycan Prezidenti əlavə edib ki, Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Bu həm də Ermənistanda kimin hakimiyyətdə olmağından asılı olmayaraq qəsbə və işğala haqq qazandırdığının bütün dünyaya bəyanı idi. Dağlıq Qarabağdakı separatçı rejimin heç bir hüquqi və siyasi çəkisinin olmamağı və Ermənistan tərəfindən tərəf kimi təqdim edilmə cəhdləri də məhv edildi. T.İsmayılovun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında diqqətə çatdırdı ki, Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. BMT-nin 4 qətnaməsinə Ermənistanın məhəl qoymamağı ilə bağlı fikrə də Paşinyan heç bir cavab verə bilmədi.
O qeyd edib ki, çıxışında tarixi faktlara istinad edən Azərbaycan Prezidenti İlham Əliyev Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə susdurub, işğalçı ölkə rəhbəri geniş auditoriya qarşısında çıxılmaz vəziyyətdə qalıb.




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Verilən qərarların məcburiliyinə baxmayaraq əhali bu xəstəliyə hələ də laqeydliklə yanaşır
04.06.2020
Müəllimlərdən pandemiya ilə bağlı çağırış
04.06.2020
Hazırki vəziyyət həftə sonu ciddi karantin rejiminin tətbiq edilməsini zəruri edir
03.06.2020
Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər
02.06.2020
Dünya orduları ilə müqayisə ediləcək qədər yüksəlmiş və adı böyük hərflə yazılmağa layiq olan AZƏRBAYCAN ORDUSU

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info