İranın pool news.ir portalında Xocalı soyqırımı ilə bağlı yazı yerləşdirilib
Tarix: 16.02.2020 | Saat: 20:03:00 | E-mail | Çapa göndər



İranın pool news.ir portalında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar material yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, yazıda Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər haqqında məlumat verilir. Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri ağır hərbi texnika ilə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq dinc sakinləri amansızcasına qətlə yetirmişlər. Şəhər yerlə-yeksan edilmiş, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilmiş, yüzlərlə mülki insan ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür.

Bu soyqırımı törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ilə yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kobudcasına pozulmuşdur.

Yalnız ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan edib.
Məqalədə vurğulanır ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin mümkünlüyünü vurğulayıb və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasının və soyqırımı törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edib.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Prezident koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09.04.2020
Aprel döyüşlərində şəhid olan Milli Qəhrəman Samid İmanovun şəhadətindən 4 il ötür
09.04.2020
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi yubiley medalı təsis edilir
09.04.2020
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib
08.04.2020
Azərbaycan işğal olunmuş Dağlıq Qarabağda karantin rejimi elan edə bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
3 Azərbaycana gələn əcnəbilərin sayı artıb
4 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
5 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info