Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb
Tarix: 16.02.2020 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün Mərkəzi Seçki Komissiyasının önüdə keçirilmiş icazəsiz aksiyada jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb.
Şuradan Trend-ə verilən məlumata görə, monitorinq qrupunun üzvlərinə peşə vəzifələrini yerinə yetirən media təmsilçiləri tərəfindən hər hansı müraciət daxil olmayıb.
Jurnalistlər aksiyaya, əsasən üzərində “PRESS” yazılmış gödəkçələrdə qatılıblar. Gödəkçəsiz jurnalistlərə də rast gəlinib. Ümumən media aksiya zamanı yaşanan gərgin anların mərkəzində tam sərbəst şəkildə öz işini görə bilib. Hər hansı maneə qeydə alınmayıb.
Bununla yanaşı, Mətbuat Şurasının monitorinq qrupu bir çox hallarda kütləvi informasiya vasitələrinin nümayəndələrinin aksiyaçılarla polis arasında yaşanmış gərgin situasiyalara daha yaxın olduqlarını müşahidə edib. Belə durumlarda həm jurnalistlərin, həm də hüquq-mühafizə orqanları təmsilçilərinin peşə vəzifələrinin icrası üçün çətinlik ehtimalı yaranıb. Buna görə də jurnalistlərə oxşar vəziyyətlərdə ehtiyatlı davranmaq, öz təhlükəsizliklərini qorumaq tövsiyə edilir.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
Prezident koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09.04.2020
Aprel döyüşlərində şəhid olan Milli Qəhrəman Samid İmanovun şəhadətindən 4 il ötür
09.04.2020
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi yubiley medalı təsis edilir
09.04.2020
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib
08.04.2020
Azərbaycan işğal olunmuş Dağlıq Qarabağda karantin rejimi elan edə bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
3 Azərbaycana gələn əcnəbilərin sayı artıb
4 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
5 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info