Azərbaycanlı türkoloq-alim Özbəkistanda beynəlxalq konfransda iştirak edib
Tarix: 16.02.2020 | Saat: 21:55:00 | E-mail | Çapa göndər



Babur adına Əndican Dövlət Universitetində (ƏDU) böyük özbək şairi və dövlət xadimi Zəhirəddin Məhəmməd Baburun 537-ci illiyi münasibətilə beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə Mərkəzi Asiya dövlətlərinin nümayəndələri, Əndican vilayət hakimiyyətinin rəhbərləri, senatorlar, elm, ədəbiyyat və mədəniyyət xadimləri, jurnalistlər qatılıb.
Konfransda ölkəmizi Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər təmsil edib.
Tədbiri Əndican vilayətinin hakimi Şuxrat Abdurraxmanov açaraq bu qədim şəhərdə doğulan Zəhirəddin Məhəmməd Baburun həyatı və yaradıcılığı haqqında məlumat verib, bu böyük şəxsiyyətlə fəxr etdiklərini bildirib.
ƏDU-nun rektoru, professor Akramjon Yuldaşev bildirib ki, Babur dünya xalqları arasında böyük alim, şair, dövlət xadimi, Baburilər sülaləsinin banisi, bəşəriyyət tarixində böyük iz qoyan insan kimi tanınıb. O, öz xalqının layiqli oğlu kimi həyatının mürəkkəb dövründə belə elmin inkişafına böyük diqqət yetirib.
Ramiz Əsgər öz çıxışında deyib ki, Azərbaycanda özbək klassik və müasir ədəbiyyatını çox sevirlər. Böyük özbək şairləri Zəhirəddin Məhəmməd Baburun “Baburnamə”, Əlişir Nəvainin “Xəmsə” əsərlərini, Sultan Hüseyn Bayqaranın “Divan”ını Azərbaycan dilinə çevirmişəm. Ümumiyyətlə isə özbək dilindən çevirdiyim kitabların sayı 10-a çatıb. Babur dünya mədəniyyətinin, elminin inkişafına böyük töhfə verib. Şairin əsərləri ədəbiyyatın, musiqinin, tarixin, coğrafiyanın və başqa elmlərin inkişafında əvəzolunmaz rol oynayıb”, - deyə R. Əsgər söyləyib.
Sonra konfrans iştirakçıları Baburun Əndican şəhərindəki abidəsi önünə əklil və gül dəstələri qoyublar.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
“Xəta və Xatirə“ bədii-sənədli filminin çəkilişləri yekunlaşmaq üzrədir
09.04.2020
Bu gün Xalq artisti Sidqi Ruhullanın doğum günüdür
08.04.2020
Azərbaycan poeziyası Venesuela mətbuatında
08.04.2020
Qələbənin 75 illiyinə həsr olunmuş mahnı müsabiqəsi elan olunub
08.04.2020
Gənc rəssamların çəkdiyi rəsmlərin pulları koronavirusla mübarizəyə sərf ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
3 Azərbaycana gələn əcnəbilərin sayı artıb
4 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
5 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info