Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar
Tarix: 17.02.2020 | Saat: 09:12:00 | E-mail | Çapa göndər



Azərbaycan güləşçiləri İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında 13 medal qazanıblar. Qitə birinciliyinə 28 güləşçi ilə yollanan Azərbaycan millisi ümumilikdə 13 (iki qızıl, iki gümüş və doqquz bürünc) medal qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə beş çəki dərəcəsində (61, 74, 86, 92, 125 kq) sərbəst güləşçilər xalça üzərinə çıxıblar.
Fevralın 16-da Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) komandamızın aktivinə bürünc medal yazdırıb. Bir gün əvvəl isə Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc mükafata sahib olublar. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyini beş medalla başa vurub.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığma komandamızın üzvlərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanaraq Avropa çempionatında tarixi uğura imza atıblar. İki qızıl, dörd bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən millimiz 116 xalla komanda hesabında ikinci yeri tutub.
Qadın güləşi üzrə yığmamızın heyətində Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yerdə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
“Barselona“ futbolçulara şərt qoydu: Radikal qərarlar qəbul ediləcək
30.03.2020
Keyn “Tottenhem“dən gedə biləcəyini söyləyib
30.03.2020
“Real“ Ramosla razılığa gələ bilmir
30.03.2020
“Barselona“ futbolçuları maaşlarının 70 faizindən imtina etdi
30.03.2020
“Real“ maaşları kəsməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info