Suriya münaqişəsi BMT gündəmində
Tarix: 25.09.2013 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


Suriyada hökumət qüvvələri ilə müxaliflər arasında gedən döyüşlər Dəməşqətrafı ərazilərdə, həmçinin Hələb, Homs və Hamada daha intensiv xarakter alıb.
“Əl Cəzirə” telekanalının məlumatına görə, Dəməşqin cənub hissəsində içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb. Ölənlərin və yaralıların sayı barədə hələlik dəqiq məlumat verilmir.
BMT Baş Məclisinin 68-ci sessiyasının əsas müzakirə mövzularından birini Suriya problemi təşkil edir. Məsələn, Türkiyə prezidenti Abdullah Gül sessiyada çıxışı zamanı deyib ki, Suriya münaqişəsində artıq kimyəvi silah tətbiqi olunur, ona görə kimyəvi silahların beynəlxalq təşkilatlara təhvil vermək haqqında razılığın əldə olunması ilə münaqişə bitməyəcək. Beynəlxalq ictimaiyyət Bəşər Əsəd hökumətinin digər cinayətlərin məsuliyyətindən boyun qaçırmasına imkan verməməlidir. Fransa prezidenti Fransua Olland isə BMT Təhlükəsizlik Şurasını Suriyanın kimyəvi silah arsenalının məhvi ilə bağlı müvafiq qərar qəbul etməyə çağırıb. Öz növbəsində BMT-nin baş katibi Pan Gi Mun Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edənlərin cəzalandırılmasına çağırıb. Onun sözlərinə görə, Suriya münaqişəsi zamanı 100 mindən çox adam ölüb, 7 milyon sakin öz evindən didərgin düşüb.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
David Zalkaliani: Azərbaycan Gürcüstanın əsas strateji tərədaşıdır
18.06.2019
Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər
17.06.2019
İran xəbərdarlıq etdi
17.06.2019
Türkiyə Sərracın təklifinə dəstəyini bildirdi
17.06.2019
Tramp London meri Sadıq Xanı tənqid edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info