Rektor tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb
Tarix: 18.02.2020 | Saat: 12:53:00 | E-mail | Çapa göndər



Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb.

İnstitut rəhbəri tədris və elmi-pedaqoji təcrübələrin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu vurğulayıb. Tələbələrə uğurlar arzulayan rektor onlara təcrübə müddətində məsuliyyətli olmağı və yaradılan şəraitdən səmərəli faydalanmağı tövsiyə edib.
Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən səmərəli fəaliyyət barədə düşünməli olduğunu vurğulayıb.
C.Məmmədov qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin cəmiyyət və dövlət qarşısında böyük məsuliyyəti və öhdəliyi mövcuddur. Aİİ-də Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin etmək qarşıda duran əsas vəzifələrdəndir.
Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tədris və elmi-pedaqoji təcrübənin təşkili və keçirilməsi haqqında məlumat verib. Bildirib ki, elmi- pedaqoji fəaliyyət tələbələr üçün böyük önəm kəsb edir. M.Mürsəlov təcrübələrin mahiyyətindən, keçirilmə qaydalarından, eyni zamanda, tələbələrə qazandırdığı bacarıqlardan da bəhs edib.
Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunun bakalavriat üzrə təhsil alan tələbələri tədris, magistratura səviyyəsində təhsil alan tələbələri isə elmi-tədqiqat təcrübəsinə başlayıblar. Təcrübələr fevral ayının 17-dən aprelin 13-dək davam edəcək.
Tədbirdə tədris və elmi-pedaqoji təcrübənin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Aprelin 2-si üçün teledərslərin cədvəli müəyyənləşdirilib
31.03.2020
“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli
31.03.2020
“Adam Mitskeviç və Azərbaycan” monoqrafiyası çapdan çıxıb
31.03.2020
Təhsil Nazirliyi “Virtual məktəb” layihəsini təqdim edir
30.03.2020
Lənkəran Dövlət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info