Türkiyə və Rusiya heyətləri yenə bir araya gəldi
Tarix: 18.02.2020 | Saat: 13:06:00 | E-mail | Çapa göndər


Görüşlərin ikinci günü Rusiya Xarici İşlər Nazirliyi binasında yerli saatla 10.00-da mətbuata qapalı olaraq başlayıb...

Türkiyə və Rusiya heyətləri Suriyanın İdlib Gərginliyi Azaltma Bölgəsindəki vəziyyəti müzakirə etmək üçün paytaxt Moskvada fevralın 18-də də görüşlərini davam etdirir.
Görüşlərin ikinci günü Rusiya Xarici İşlər Nazirliyi binasında yerli saatla 10.00-da mətbuata qapalı olaraq başlayıb. Türkiyə heyətinə Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal, Rusiya heyətinə isə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin və Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev başçılıq edir.
Xatırladaq ki, fevralın 17-də Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın başçılığı altındakı Türkiyə heyətilə Rusiya heyəti tərəfindən İdlib məsələsi Rusiyanın paytaxtı Moskvada müzakirə olunmuşdu. Türkiyənin nümayəndə heyəti sahədəki gərginliyi tez bir zamanda azaltmağın və humanitar vəziyyətin daha da pisləşməsinin qarşısını almağın vacibliyini vurğulamışdı. Görüşdə İdlibdə Soçi razılaşmasını tam şəkildə yerinə yetirmək və pozuntuların qarşısını almaq üçün görüləcək tədbirlər də müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Ermənistanda 571 koronavirus daşıyıcısı var
01.04.2020
Ukraynada koronavirusdan ölənlərin sayı 17 nəfərə çatıb
01.04.2020
Moskvada daha 5 nəfər koronavirusdan ölüb
31.03.2020
Ukrayna XİN: Dağlıq Qarabağdakı qondarma seçkiləri qınayırıq
31.03.2020
“Rusiyada koronavirusa yoluxma halı pik həddə yaxınlaşır“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info