Tural İsmayılov: “Paşinyana qarşı erməni lobbisi də etiraza başlayıb artıq”
Tarix: 18.02.2020 | Saat: 13:53:00 | E-mail | Çapa göndər


“Ölkə başçısının Münhendə Paşinyanı darmadağın etməsi Paşinyan əleyhinə müqavimətin güclənməsinə təkan verdi”. Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib: “Münhen görüşünə qədər Paşinyana qarşı güclü koalisiya formalaşmışdı. Bu anti-paşinyan koalisiyası özündə rəngli siyasi qruplaşmaları təmsil edir. Təsəvvür edin ki, Ermənistandakı siyasi ortam o qədər xaos həddinə çatıb ki, Qarabağ klanı, Sarkisyanın partiyası, Sarkisyanın ən sərt tənqidçilərindən olan Tsarukyan və onun “Çiçəklənən Ermənistan” Partiyası, “Sasna-Tser” solçu qruplaşması və konstitusiya tərəfdarı olan mühafizəkarlar ona qarşı vahid komanda halında mübarizə aparırlar.
Həbsdə olan Koçaryan tərəfdarları da Paşinyan hökümətinə qarşı gizli təşkilatlanma nümayiş etdirirlər. Bundan başqa Münhenə gəlməmişdən öncə AŞPA-da da siyasi məhbus Mğer Yegizaryanın həbsxanada ölməsinə görə Paşinyana qarşı fikirlər səsləndi. Son olaraq, Konstitusiya Məhkəməsinin iflic edilməsi və sədr Hrayr Tovmasyanın həm özünün, həm də tərəfdarlarının siyasi təqiblərə məruz qalması erməni lobbisi fəallarının da narazılığına səbəb olub. Paşinyanın küçə “bağırtılarını” dəstəkləyən diaspora indi onu konstitusiyanı linç etməkdə günahlandırırlar. Qərblə münasibətləri korlanan Paşinyanın ATƏT və AB səfirləri ilə Yerevandakı görüşü də gərgin keçdi.
Bir tərəfdən Rusiya tərəfindən qeyri-ciddi fiqur kimi qəbul olunması, digər tərəfdən isə konstitusiya ilə bağlı siyasi referendum qərarı ilə Qərbdən də ciddi bəyanatlar və basqılarla üzləşməkdədir. Əvvəllər onunla eyni cinahda Sarkisyana qarşı “vuruşan” Zauri Postanciyan kimi radikal siyasi simalar da indi Paşinyanın sərt tənqidçiləri qismində yer alır. Aram Hamparyanın rəhbərlik etdiyi Amerikadakı erməni lobbi təşkilatları, başda “ANCA”, Fransada Laurent Leylekian və digərləri Paşinyanın ölkədə böyük bir çaxnaşma hazırladığını üstüörtülü və ya açıq şəkildə bəyan edirlər.”
Ölkə başçısı İlham Əliyevin Münhendə Paşinyanı siyasa iflasa daha da yaxınlaşdırdığını deyən Tural İsmayılov Ermənistanda siyasi qarışıqlığı proqnoz etmənin artıq daha rahat olduğunu bildirib: “Paşinyan bütün cəbhələrdə İlham Əliyevə məğlub oldu. Erməni mediası Azərbaycan Prezidentinin Paşinyanı darmadağın etməsini çəkinmədən manşetə verirlər. Erməni sosial media seqmentlərində Paşinyan məsxərə obyektinə çevrilib. Münhen görüşündən keçən iki gün ərzində xaricə səpələnmiş erməni lobbi təşkilatları ciddi narazılıq ifadə edirlər. Bütün hər yerdə Paşinyan əleyhinə “kəps”lər və postlar yayılır. Küçə adamının siyasi səbatsızlığı və savadsızlığı İlham Əliyev tərəfindən bütün dünyanın gözünün qabağında ortaya qoyuldu.” Paşinyanın siyasi ömrünün qısa olduğunu vurğulayan ekspert bundan sonra Ermənistan iqtidarı ilə diaspora arasında uçurumun daha da artacağını söyləyib.




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Səfirlik: Britaniya Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımır
01.04.2020
İƏT işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər“i tanımır
01.04.2020
“Təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən səylər gözlənilən nəticəni verməyə bilər”
01.04.2020
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması qondarma “seçkilərlə“ bağlı bəyanat yaydı
01.04.2020
Gürcüstan XİN: Dağlıq Qarabağdakı qondarma “seçkilər“i tanımırıq

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info