Koronavirusun təsiri qlobal ticarətdə hiss olunur
Tarix: 18.02.2020 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Çində yayılan koronavirus epidemiyası bu ölkədə iqtisadi aktivliyin azalmasına və qlobal ticarətə təsir etməyə başlayıb


Keçən ay Çinin Vuhan əyalətində meydana gələn yeni növ koronavirus epidemiyasından ölənlərin sayı 2 minə yaxınlaşıb. Çin rəsmilərinin səylərinə baxmayaraq bu ölkədə həyat hələ də normal vəziyyətə dönməyib. “Dunya.com” saytının xəbərinə görə, ölkənin bir çox bölgəsində fabriklər işləyə bilmədiyindən, emal sektoru başda olmaqla bir çox sahəda problem yaranıb. Ekspertlər bu səbəbdən qlobal tədarük zəncirində fasilələrin yaranacağından qorxurlar. Analitiklər Çinin iqtisadi gücünün 2002-2003-cü illərdə ortaya çıxan SARS virusu dövründəkindən təxminən dörd qat artdığını və qlobal iqtisadiyyat üçün daha əhəmiyyətli olduğunu söyləyib. Hesab edilir ki, tədarük zənciri dəyişiləcəyi təqdirdə bu, Çini çətin vəziyyətə sala bilər. Milli gəliri 14 trilyon dollarla dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin qlobal ticarətdə həm tələb, həm də təklifdə əhəmiyyətli bir rol oynayır. Dünya İqtisadi Forumu (WEF) tərəfindən 2018-ci ildə yayımlanan bir məqaləyə görə, Çin dünyanın bəzi mallara tələbatının 50 faizindən çoxunu təşkil edir. Dünyada sement istehlakının 59 faizi, nikel istehlakının 57 faizi, mis, polad və kömür istehlakının 50 faizi Çinə məxsusdur. Çində epidemiyanın başlaması ilə ay ərzində mis və neftin qiymətləri əhəmiyyətli dərəcədə azalıb, “Brent” markalı neftin bir bareli 15 faiz, misin funtu 8,4 faiz azalıb. Təhlilçilər neftin və misin qiymətinin düşməsinin qlobal iqtisadiyyata mənfi təsir edəcəyini düşünürlər. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatına görə, bir həftədə neft tələbi 19 faiz azaləb. Gəmi daşımaçılığının bütün seqmentlərində enişin nəzərə çarpdığını qeyd edən analitiklər, Çində koronavirusun yayılmasının qarşısını almaq üçün fabriklərin bağlanması və nəqliyyatın məhdudlaşdırılmasının indeksdəki azalmada təsirli olduğunu söyləyiblər. Analitiklər, artıq yaşanan yavaşlamanın nəqliyyat sektoruna və əmtəəyə təsirinin gələcəkdə daha aydın görünəcəyini söyləyirlər.
Beynəlxalq kredit reytinq agentlikləri, iqtisadi inkişafın aşağı səviyyəyə enməsinin Çin iqtisadiyyatına mənfi təsir göstərəcəyini gözləyirlər. Ona görə də Çinin 2020-ci il üçün iqtisadi artım proqnozunu aşağıya düşəcəyi proqnozlaşdırılır.
Kredit reytinq agentliyi Moodys, Çinin 2020-ci il böyümə proqnozunu 5,8 faizdən 5,2 faizə, S&P isə 5,7 faizdən 5 faizə endirdiyini açıqlayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
A-Qroup tənha yaşlılara yardım etdi
01.04.2020
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
31.03.2020
Vergi güzəştləri hesabına Azərbaycanda biznes mühiti qorunub saxlanılacaq
31.03.2020
Dövlət dəstəyindən 290 mindən çox yaxın mikro və fərdi sahibkar faydalanacaq
31.03.2020
Mikayıl Cabbarov nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info