“CinemaPlus”dan sərfəli aksiya
Tarix: 18.02.2020 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Cinemazadeh” studiyasının istehsalı olan “Qış nağılı” ən ulduzlu komediyasına sərfəli aksiya keçirilir. “Qış Nağılı” filminin 1-ci hissəsinə bilet əldə edən tamaşaçı, həmin bilet ilə kassalara yaxınlşaraq filmin 2-ci hissəsinin istənilən seansına 50% endirimli bilet ala bilər. Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir.
Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb. Filmin ikinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyevdir.
Qeyd edək ki, “Cinemazadeh” studiyasının ərsəyə gətirdiyi 2019-cu ilin ən böyük layihəsi “Qış nağılı” iki hissədən ibarətdir – “Qış nağılı: Biri vardı, biri yox” və “Qış nağılı: Göydən üç alma düşdü”. Ekran işi Yeni il gecəsi eyni oteldə baş verən bir neçə hekayədən bəhs edir.
Qəhrəmanlar isə hekayələrə görə qruplaşdırılıb: Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Asya Abdullayeva, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndi, Dilarə Kazımova, Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov, Şəlalə Şahvaladqızı, İslam Mehrəliyev, Kəmalə Piriyeva, Ceyhun Zeynalov, Nöfəl Şahmaroğlu, Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov.
Filmdə Türkiyənin ulduzları - məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar.
Quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssəm Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur.
Filmin əsas musiqilərini Xalq artistləri - Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər. “CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.





 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Milli Konservatoriya Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
29.03.2020
Lənkəran Dövlət Dram Teatrın kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
29.03.2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
28.03.2020
Telekanallar milli filmləri nümayiş etdirəcək
26.03.2020
Evdə bax: Azərbaycanın unikal teatrı onlayn rejimə keçib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info