ABŞ-İran münasibətlərindəki buzlar əriyirmi?
Tarix: 25.09.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Barak Obama: “Biz İran rejimini devirmək niyyətində deyilik”

Həsən Ruhani: “İran ABŞ-la mövcud çaxnaşmanı gücləndirmək niyyətində deyil”

ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sessiyasında çıxış edərək İranla münasibətlərdən və onun apardığı nüvə fəaliyyətindən və bölgədəki məsələlərdən danışıb. Vaşinqtonun İran rejimini devirmək niyyətində olmadığını bildirən Obama deyib ki, İranın yeni hökumət rəsmilərinin barış bəyanatları əməldə özünü doğrultmalıdır:

“İran Qərblə münasibətlərini yaxşılaşdırmaq üçün nüvə silahı istehsal etmək niyyətində olmadığını sübut etməlidir. Biz İranın yeni hökumətinin mötədilliyə üstün verməsini müsbət qarşılayır, İranın nüvə məsələsinin həlli istiqamətində yaranmış çıxılmazlıq vəziyyətinin aradan qaldırılmasını tələb edirik. ABŞ və İran 1979-cu ildə baş verən islam inqilabından sonra bir-birindən uzaq olublar. Bu etimadsızlığın dərin kökləri var. İranlılar çoxdandır ABŞ-ın İranın daxili işlərinə qarışması tarixçəsindən gileylənir, ABŞ-ın soyuq müharibə illərində bu ölkənin hökumətinin devrilməsindəki rolunu xatırlayır, bundan şikayət edirlər. Digər tərəfdən də amerikalılar görürlər ki, İran hökuməti həmişə Amerikanı düşmən kimi qələmə verir, istər birbaşa, istərsə də dolayı yolla Amerika vətəndaşlarını girov götürür, amerikalı əsgərlər və vətəndaşlarını öldürür, müttəfiqimiz İsraili məhv edəcəyi ilə təhdid edir. Güman etmirəm ki, belə çətin tarixi olan ixtilafları bir gecədə aradan qaldırmaq mümkün olsun. Qarşılıqlı şübhələr dərin kök salıb. Lakin bununla belə hesab edirəm ki, İranın nüvə məsələsini həll edə bilsək, qarşılıqlı ehtiram və maraqlara söykənən daha fərqli münasibətlərin yaranması istiqamətində böyük bir addım atmış olarıq. Mən prezident seçiləndən sonra İranın dini liderinə, hazırda da prezident Ruhaniyə yazdığım məktublarda bildirmişəm ki, İranın nüvə məsələsinin dinc yolla həll olunmasını istəyirik. Həm də bildirmişəm ki, biz onları nüvə silahlarının istehsalından çəkinməsində israr edirik. Bildirmişik ki, biz İran rejimini devirmək niyyətində deyilik və İran xalqının dinc nüvə enerjisindən istifadə etməsi ilə bağlı hüququna hörmətlə yanaşırıq. İran isə nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq müqaviləyə riayət etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməlidir”. İran prezidenti Həsən Ruhani isə çıxışında deyib ki, İran qarşılıqlı ehtiram və maraqlara riayət prinsipi ilə bütün ölkələrlə konstruktiv münasibətlər qurmağa hazırdır: “İran Qərblə tam şəffaflığı təmin edən təxirəsalınmaz danışıqlara hazırdır. Özünün və başqalarının durumu haqda səhv yozumlara yol vermək tarixi ziyanlara gətirib çıxara bilər. Bu gün aparılan təbliğatlarda hansısa ölkənin təhdidi təhlükəli bir nöqtəyə gəlib çatıb. Təbliğatda haqqında danışılan bu xəyali təhdidlərdən biri də üzdəniraq İran təhlükəsidir və həmin bəhanə ilə son 30 ildə çoxlu cinayətə yol verilib. Misal üçün, Səddam Hüseynin kimyəvi silahlarla silahlandırılması, “Taliban”a dəstək bu qəbildəndir. Mən dəlil-sübutla bildirirəm ki, İran təhdidindən dəm vuranların özləri beynəlxalq sülh və təhlükəsizliyə təhdid sayılır, yaxud da bu məsələni qızışdırırlar. İran nəinki təhdid olmayıb, hətta həm amallarında, həm də əməldə həmişə hərtərəfli sülh və sabitliyin carçısı olub”. Ruhani Qərbin İrana qarşı sanksiyalarına toxunub: “Bu sanksiyalar zorakılıqla yoğrulub. Bunu heç nə ilə izah etmək olmaz. Sanksiyalar insan hüquqlarını pozur, sülh və inkişafa xələl gətirir, insan həyatına ziyan vurur. Sanksiyaların nəticəsi də müharibəyə və insanların məhvinə səbəb olur. Sanksiyalar təkcə ona məruz qoyulan insanlara yox, həm də onu tətbiq edənlərin öz cəmiyyətlərinə də ziyan vurur. İran qarşılıqlı hörmət və ortaq mənafe prinsipi əsasında bütün ölkələrlə konstruktiv əlaqələrin tərəfdarıdır və həmin səbəbə görə də ABŞ-la mövcud çaxnaşmanı gücləndirmək niyyətində deyil”. Maraqlıdır ki, İran nümayəndə heyəti ABŞ və İran prezidentlərinin görüşünü təşkil etmək üçün ABŞ-dan gələn təklifi qəbul etməyib. Bu barədə “Reuters”ə ABŞ administrasiyasındakı mənbə bildirib. Mənbə deyib ki, İran tərəfi prezidentlər Həsən Ruhani və Barak Obama arasında görüş keçirilməsi məsələsini “çox mürəkkəb məsələ” kimi qiymətləndirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info