Azərbaycan ilə Gürcüstan arasında daha bir sənəd imzalanıb
Tarix: 18.02.2020 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası 17-18 fevral tarixlərində Bakı şəhərində keçirilib.
Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstan nümayəndə heyətinə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.
İclasda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.
Həbib Həsənov paytaxtda və respublikanın digər ərazilərində qeyri-qanuni sərnişin daşınmasını həyata keçirən Gürcüstan avtobuslarının fəaliyyətinin qarşısının alınması məsələsinə diqqət çəkərək, bu prolemin birgə tədbirlər nəticəsində daha tez həll olunacağı və bu sahədə Gürcüstanın aidiyyatı qurumlarının da məsələyə müdaxiləsinin ümumi işin xeyrinə təsir edəcəyini vurğulayıb.
Eyni zamanda yerli yük daşıyıcılarının həcminin Gürcüstan tərəfin daşıyıcıları ilə müqayisədə artmasını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının 2020-ci il üçün bərabər sayda artırılması ilə bağlı təklif müzakirə edilib. Mixeil Xmaladze 3-cü ölkəyə yük aparmaq məqsədilə Azərbaycan Respublikasına Gürcüstandan boş gələn yük avtomobillərinin sərhəd-keçid məntəqələrindən buraxılmasında hər iki ölkənin Gömrük orqanları tərəfindən eyni şəraitin yaradılması məsələsinin geniş müzakirə edilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırıb. Daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, nəticədə müvafiq Protokol imzalanıb.





 
Bölməyə aid digər xəbərlər
01.04.2020
A-Qroup tənha yaşlılara yardım etdi
01.04.2020
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
31.03.2020
Vergi güzəştləri hesabına Azərbaycanda biznes mühiti qorunub saxlanılacaq
31.03.2020
Dövlət dəstəyindən 290 mindən çox yaxın mikro və fərdi sahibkar faydalanacaq
31.03.2020
Mikayıl Cabbarov nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info