Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
Tarix: 18.02.2020 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 10-15 fevral tarixlərində Türkiyəyə işgüzar səfər olub. Türkiyə Standartlar İnstitutunun (TSE) təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə reallaşdırılan səfərin məqsədi qardaş ölkənin qabaqcıl universitetlərinin tədqiqat, təhsil, innovasiya və digər sahələrdə idarəetmə standartlarının AzTU-da tətbiqidir. Səfər çərçivəsində Koç, İstanbul Texniki (İTÜ), İstanbul Aydın, Qəbzə Texniki, Qazi, Orta Doğu Texniki, OSTİM Texniki universitetləri, həmçinin TÜBİTAK, Yüksək Öğrətim Kalite Kurulu, Yüksək Öğrətim Kurulu və TSE ziyarət edilib. Görüşlərdə elmi tədqiqatlar, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları, innovasiyalar və digər sahələrdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində AzTU ilə OSTİM Texniki Universiteti arasında əməkdaşlıq müqavilə imzalanıb. Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi ziyafətdə səfir Xəzər İbrahim, təhsil müşaviri Nəcibə Nəsibova, Ankara universitetlərinin azərbaycanlı professorları, və TSE rəhbərliyi ilə səfərin yekunları müzakirə edilib. Azərbaycanlı professorların AzTU ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb. Səfər müddətində AzTU nümayəndə heyətini Türkiyədəki səfirliyimizin təhsil müşaviri Nəcibə Nəsibova müşayiət edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
“Dərs vaxtı” proqramının sabah üçün dərs cədvəli
31.03.2020
“Adam Mitskeviç və Azərbaycan” monoqrafiyası çapdan çıxıb
31.03.2020
Təhsil Nazirliyi “Virtual məktəb” layihəsini təqdim edir
30.03.2020
Lənkəran Dövlət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
30.03.2020
Dövlət qulluğuna hazırlaşan namizədlər də sınaq imtahanını pulsuz verəcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info