Erməni işğalı və Xocalı soyqırımı dünya mediasının gündəmində
Tarix: 18.02.2020 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


İranın bir sıra saytlarında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub

“Dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq tarixi qərarlar qəbul edilir. Bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənilir. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışlar”

İranın “kotahonline.ir”, “khabarban.com”, “iraneconumist.com” və “kalaaghnews.ir” saytlarında “Xocalı soyqırımı tarixin ən dəhşətli faciəsidir” başlıqlı məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, materialda Xocalı soyqırımının ermənilər tərəfindən hazırlanması, həyata keçirilməsi və mahiyyəti barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, bu soyqırımı həyata keçirərək uşaqları, qoca və qadınları qətlə yetirib cəsədlərini təhqir etməklə ermənilər əsl mahiyyətlərini ortaya qoymuş oldular. Qeyd edilib ki, erməni silahlıları 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərək görünməmiş qətliam törətdilər. Şəhər yerlə yeksan edilmiş, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilimiş, yüzlərlə mülki insan ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq tarixi qərarlar qəbul edilir. Bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənilir. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışlar. Habelə ABŞ-ın artıq 21 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunmuşdur. Azərbaycan xalqı hər ilin fevral ayının 26-da Xocalı soyqırımı abidəsini ziyarət edir, abidənin önünə qərənfillər düzür, şəhidlərin xatirəsi ehtiramla yad edilir. Bu qanlı hadisəni Azərbaycan xalqı daim xatırlayır, bu soyqırımı törədənlərə öz dərin nifrətini bildirir. Xocalı soyqırmı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Azərbaycan xalqı və dövləti Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır.

“The Korea Post” qəzeti Xocalı soyqırımından yazır
Cənubi Koreyanın “The Korea Post” qəzetində "Ermənistanın Azərbaycana hərbi təcavüzü fonunda azərbaycanlılara qarşı törədilmiş soyqırımı” sərlövhəli məqalə çap olunub. Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərindəki mülki insanlara hücum etdikləri yazılıb. Bildirilib ki, soyqırımı nəticəsində 613 mülki sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. İnsanlara qarşı işgəncələr verilib, başları kəsilib, gözləri çıxarılıb, diri-diri yandırılıb. Şəhər yerlə-yeksan edilib, evlər və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Qeyd olunub ki, Ermənistan respublikasının rəhbərliyinin hazırladığı soyqırımını Ermənistan silahlı qüvvələri, habelə Dağlıq Qarabağdakı erməni terrorçuları, keçmiş SSRİ-nin Xankəndidəki hərbi hissəsi birgə təşkil edib. Nazi faşistlərindən fərqli olaraq Xocalı soyqırımını törədənlər mülki şəxslərə qarşı törətdikləri cinayətkar əməllərinə haqq qazandırmağa çalışıblar. Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımı iştirakçısı Serj Sarkisyanın “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldırmazlar. Amma biz bu stereotipi sındıra bildik” fikri məqalədə əksini tapıb. Bildirilib ki, həmin günlərdə “Sunday Times”, “Financial Times”, “Times”, “Izvestiya”, “Le Monde”, “Crual L`Eveneman” kimi nüfuzlu nəşrlər Xocalıda baş verən dəhşətli hadisələr barədə məqalələr çap ediblər. "The Korea Post" qəzetində çap olunan məqalədə Xocalıda baş verənlərin müvafiq beynəlxalq sənədlərə əsasən soyqırımı aktı olduğu, Xocalı faciəsinin Holokost, Xatın, Lidisa, Oradur, Srebrenisa soyqırımından heç bir fərqinin olmadığı vurğulanıb. Yazıda “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində dünya ictimaiyyəti arasında Xocalı soyqırımı haqqında beynəlxalq humanitar hüquq və insan haqları pozuntusu kimi qlobal məlumatlılığın artdığı, bir neçə beynəlxalq təşkilatın, bəzi ölkələrin parlamentlərinin və ABŞ-ın 22 ştatının Xocalı soyqırımını tanıdığı və pislədiyi bildirilib.

Türkiyədə Xocalı soyqırımının qurbanlarının xatirəsi anılıb
Türkiyənin Bursa vilayətində Xocalı soyqırımının qurbanlarının xatirəsi anılıb. “Trend”in məlumatına görə, anım mərasimində yerli bələdiyyə başçıları, universitet tələbələri, eləcə də qeyri-hökumət təşkilatlarının üzvləri iştirak edib. Tədbir zamanı qonaqlara Xocalının dinc sakinlərinə qarşı törədilmiş vəhşilikləri təsdiq edən fotomateriallar təqdim olunub. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar. Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

“Xocalı qətliamı” filminin nümayişi olub
On da qeyd edək ki, Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalı qətliamı” filminin nümayişi olub. Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir: “Faciəni əks etdirən kadrlar bu dəhşətli mənzərəni seyr edənləri sarsıdır, sızladır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaqdır. Körpələrin meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağılara dönən fəryadı heç vaxt yaddaşlardan silinməyəcək”. Masallı şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, rayon Təhsil Şöbəsinin metodkabinetinin müdiri Bəybala Xəlilov çıxışlarında bildiriblər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalını bir gecədə darmadağın edib, şəhərin dinc əhalisini etnik azərbaycanlı olduqları üçün qətliama məruz qoyub və ermənilər tərəfindən insanlara qarşı inanılmaz vəhşiliklər törədilib. Sonra “Xocalı qətliamı” filmi nümayiş etdirilib.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
03.09.2020
Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
01.09.2020
Baş Prokurorluq Əli Həsənovun cinayət işinə cəlb olunması xəbərlərinə aydınlıq gətirdi
28.08.2020
KİVDF-dəki qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir
02.07.2020
“Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Narşərab salatı
2 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
3 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
4 Xudatda əsgər ailələrinə yardım paylanılıb
5 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info