Cavad Zərif bəzi ərəb ölkələrini Fələstinə məsələsinə görə tənqid edib
Tarix: 18.02.2020 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


İranın xarici işlər naziri Cavad Zərif bəzi ərəb ölkələrinin İsrail ilə yaxınlaşmasının ABŞ rəhbərliyinin Fələstinə qarşı "Əsrin sazişi" kimi birtərəfli qərarlar qəbul etməsinə səbəb olduğunu söyləyib.

İranın xarici işlər naziri Cavad Zərif bəzi ərəb ölkələrinin İsrail ilə yaxınlaşmasının ABŞ rəhbərliyinin Fələstinə qarşı "Əsrin sazişi" kimi birtərəfli qərarlar qəbul etməsinə səbəb olduğunu söyləyib.
Zərif İranın dini lideri Ayətullah Əli Xameneiyə məxsus internet saytında yayımlanan müsahibəsində ərəb ölkələrinin ABŞ və İsrail ilə münasibətləri və bu əlaqələrin Fələstin məsələsinə təsirini şərh edib.
Son illərdə bəzi ərəb ölkələrinin ABŞ administrasiyasının açıqladığı qondarma sülh planı kimi Fələstin əleyhinə olan layihələri dəstəklədiyini bildirən Zərif "Ərəb dünyası sadəcə ABŞ və İsrailə qarşı passiv olmayıb, eyni zamanda Fələstin əleyhinə də müttəfiq olub" deyib.

Bu vəziyyətin ərəb ölkələrini də zəiflətdiyini ifadə edən Zərif "Beləliklə, amerikalılar (Fələstinə qarşı) planlarını izah edə biləcəkləri qənaətinə gəldilər" ifadəsini işlədib.
İranın xarici işlər naziri Cavad Zərif ABŞ prezidenti Donald Trumpın Qolan təpələrinin İsrailin ərazisi kimi tanınması və Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının arxasında bəzi ərəb ölkələrinin ABŞ qarşısındakı mövqelərinin olduğunu bildirərək, "Ərəb dünyası ABŞ-dan və sionist rejimdən öz təhlükəsizliklərinin təmin etməsini tələb edir. Özlərinə, xalqlarına və müsəlman qonşularına etibar etmək əvəzinə ABŞ-dan təhlükəsizlik tələb edirlər" deyə qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” misli görünməmiş təxribat aktıdır
01.04.2020
Ermənistanın Dağlıq Qarabağda mövcudluğu beynəlxalq konvensiyalara ziddir
31.03.2020
İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO
31.03.2020
“Dövlətin dəstək proqramı 2,5 mlrd. manat təşkil edəcək“
31.03.2020
1918-ci ildə Azərbaycanda həyata keçirilən qətl və talanlar xüsusi qəddarlıq, görünməmiş amansızlıqla icra edilirdi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info