Beynəlxalq Bankdan “Qiblə kart”
Tarix: 25.09.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Beynəlxalq Bankı Avropa bankları arasında ilk olaraq islam bankçılığı qaydalarına cavab verən yeni “Qiblə kart” adlı məhsulunu təqdim edib. “MasterCard Platinum”un bazasında hazırlanmış bu kart qeyri-adi üslubda dizayn edilib.
Kartın təqdimatında çıxış edən ABB-nin İslam Bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə bildirib ki, kartın üzərində dünyanın istənilən nöqtəsindən qiblənin təyin edilməsi üçün xüsusi elektron kompas yerləşdirilib. Bu kart vasitəsilə kart hesabındakı vəsaitin nağdlaşdırılması, alış-verişlərin və xidmət haqlarının ödənilməsi mümkündür. “Qiblə kart” debet rejimində, eləcə də bank tərəfindən ayrılan borc limiti ilə də istifadə oluna bilər. Karta ayrılan borc limitinin uzadılması borcun ödəmə müddətinin sonunda müzakirə olunur. Müştəri tərəfindən qaytarılan borc kartın balansına yatırılır və beləliklə, borc limiti bərpa olunur. B.Qurbanzadə ABB-nin islam bankçılığı ilə sahəsində gordüyü işlər barədə də məruzə edib. Bildirib ki, 2004-cü ildə ABB tərəfindən ilk maliyyələşmə həyata keçirilib, 2011-ci ildə İslam bankçılığı üzrə işçi qrupu, 2012-ci ildə isə İslam Bankçılığı departamenti yaradılıb. Hazırda departament həm xarici İslam maliyyə təşkilatlarından, həm də daxili bazardan indeksli depozit vasitəsilə vəsaitlərin cəlb edilməsini, eləcə də vəsaitlərin infrastruktur, ticarət və digər sahələr üzrə layihələri İslam bankçılığı prinsipləri əsasında maliyyələşdirir. Bəhnam Qurbanzadə qeyd edib ki, bu ilin noyabr ayında Azərbaycana İslam İnkişaf Bankının missiyası gələcək. missiya çərçivəsində ölkədə islam bankçılığının inkişafı müzakirə olunacaq. Eyni zamanda tərkibində Nazirlər Kabineti, Mərkəzi Bank, İqtisadi İnkişaf, Vergilər və Maliyyə nazirlikləri və ABB-nin nümayəndələri olan İslam bankçılığı üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair işçi qrupu yaradılacaq. İşçi qrup xarici məsləhətçinin iştirakı ilə Azərbaycanda İslam bankçılığının inkişafı konsepsiyasını və qanun layihəsini hazırlayacaq.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info