“Gürcüstan-Azərbaycan dostluğu nəsildən-nəslə” adlı sərgi
Tarix: 19.02.2020 | Saat: 00:14:00 | E-mail | Çapa göndər



Fevralın 18-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Gürcüstanın Azərbaycandakı səfirliyi, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “Gürcüstan-Azərbaycan dostluğu nəsildən-nəslə” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə təsviri və tətbiqi sənətin bütün növləri üzrə 120 rəssamın 150-yə yaxın işi nümayiş olunub. Əsərlər Gürcüstan və Azərbaycanın əsrlərə söykənən dostluğunu və hər iki ölkənin təbiətini, həyat tərzini özündə əks etdirir.
Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, Azərbaycanla Gürcüstan arasında olan dostluq münasibətləri dərin köklərə malikdir. Bu münasibətlərin fonunda keçirilən sərgi xalqları bir-birinə daha da yaxın edir. Bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoyub və dostluq münasibətləri bu gün də davam etdirilir. Qeyd edib ki, bu gün ölkələrarası mədəni yüksəliş özünün ən gözəl dövrünü yaşayır. “Azərbaycan və Gürcüstan irimiqyaslı layihələrə rəhbərlik edir və bir çox məqamlarda tərəfdaş ölkədirlər. Hər iki ölkənin parlamentində dostluq qrupları mövcuddur ki, bu da xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır”, - deyə icra başçısı vurğulayıb.
Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze çıxışında iki ölkə arasında olan mədəni əlaqələrə toxunub: “Bu çox gözəl sərgidir. İqtisadi, siyasi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də inkişafda olması vacibdir. Buna görə də mən artıq deyə bilərəm ki, bu gün mədəniyyət bayramıdır, rəsm əsərlərinin dili ilə xalqların ünsiyyətidir. Rəssamlar sərgidə nümayiş olunan əsərlərində Gürcüstanla Azərbaycan arasındakı dostluğu böyük məharətlə, yaradıcılıqla təsvir ediblər. Düşünürəm ki, xalqların bir-birlərini tanıması və mədəniyyətlərinin yaxın, oxşar olduğunu göstərmək üçün belə sərgilərin keçirilməsi olduqca vacibdir”.
Səfir onu da qeyd edib ki, Azərbaycan hər zaman, ən çətin vaxtlarda belə Gürcüstanın yanında olub və bu dostluq gələcəkdə də davam edəcək. Azərbaycan və Gürcüstan qardaş ölkədir və bir-birlərini daim dəstəkləyəcək.
Layihə rəhbəri Elnurə İsgəndərova təşkilatçılara minnətdarlığını bildirib və belə sərgilərin davamlı olmasını arzulayıb.
Sonra icra başçısı səfiri fəxri fərmanla təltif edib, gürcü dostlar da bu təltifi özlərinin xalq mahnısı ilə alqışlayıblar. Tədbirdə səfir Zurab Pataradzeyə özünün və xanımının rəsmi olan portret əsər də hədiyyə olunub.
Sonda rəssamlar diplomlarla mükafatlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Milli Konservatoriya Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
29.03.2020
Lənkəran Dövlət Dram Teatrın kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
29.03.2020
Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib
28.03.2020
Telekanallar milli filmləri nümayiş etdirəcək
26.03.2020
Evdə bax: Azərbaycanın unikal teatrı onlayn rejimə keçib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info