Gələn ildən AMEA-da magistratura təhsili həyata keçiriləcək
Tarix: 25.09.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2014-cü ildən AMEA-da magistratura təhsilinin həyata keçirilməsini nəzərdə tutur. Bu barədə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib.
O bildirib ki, məsələ ilə bağlı müvafiq qurumlara təkliflər verilib.
Akademiya 2014-cü ildən etibarən magistratura səviyyəsi üzrə kadr hazırlığına başlamağı planlaşdırır. İ.Həbibbəyli ölkədə magistratura təhsilinin Təhsil Nazirliyinin səlahiyyətində olduğu halda bu işlərin necə həyata keçiriləcəyini də açıqlayıb. O qeyd edib ki, dünya təcrübəsində akademiyaların da magistratura və doktorantura təhsili var: “Bakalavr pilləsi isə birbaşa Təhsil Nazirliyinin səlahiyyətinə aiddir. Amma doktorantura hər zaman AMEA-da olub və akademiyada magistraturanın olması bir çox ölkələrdə mövcuddur. Amma yenə də bakalavrın magistratura pilləsi üzrə Təhsil Nazirliyi məşğul olur. Müəyyən bir ehtiyat kadrları hazırlamaq baxımından bu işlə akademiya məşğul ola bilər. Dünyada buna bənzər analoqlar var. Akademiyanın yeni rəhbərliyi də 2014-cü ildən AMEA-da magistratura təhsili həyata keçirməyi nəzərdə tutur”. AMEA-nın vitse-prezidenti hesab edib ki, magistraturaya qəbul ölkədə vahid qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info