Serbiya səfiri Naxçıvan Dövlət Universitetində
Tarix: 25.09.2013 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç Naxçıvan Muxtar Respublikasına (MR) səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) də olub. NDU-nun mətbuat şöbəsindən bildiriblər ki, serbiyalı diplomat universitetin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olub.
NDU-nun rektoru, professor Saleh Məhərrəmov məlumat verib ki, 1967-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti möhkəm milli bünövrəyə malik olan, dövlətçilik təmayüllü, dünyaya inteqrasiya olunmuş müasir tipli ali təhsil ocağıdır. Azərbaycanda, o cümlədən Naxçıvan MR-də elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində 108 hektarlıq universitet ərazisində hər cür imkanlara malik müasir tipli tədris korpusları qurulub. Burada yeni informasiya texnologiyaları və müasir avadanlıqla təchiz edilmiş elektron siniflər, laboratoriyalar, internet mərkəzləri, elektron kitabxana fəaliyyət göstərir. Universitet dünyanın tanınmış 80 ali məktəbi ilə əməkdaşlıq edir. Hazırda universitetdə 5 mindən çox tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən artıq vətəndaşı ali təhsil alır. Səfir universitetin maddi-texniki bazası, təhsilin və tədrisin yüksək səviyyədə təşkili ilə bağlı xoş təəssüratlarını bölüşüb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info