Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
Tarix: 19.02.2020 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Ermənistan Hesablama Palatası: “2012-ci ildən 2018-ci ilə qədər Ermənistanın dövlət borcu 342 faiz artıb”

Altı ildə - 2012-ci ildən 2018-ci ilə qədər olan müddət ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb. “News.am” saytının xəbərinə görə, bu barədə Ermənistan Hesablama Palatasının şöbə müdiri Karen Arustamyan məlumat verib.
Palata elan edib ki, 2012-ci ildən 2018-ci ilə qədər Ermənistanın dövlət borcu 342 faiz artıb. Bununla yanaşı, şöbə müdiri Palatanın ölkədə dövlət borcunun daxili auditini aparmadığını da etiraf edib. Qeyd edək ki, bu proseduraya əməl edilməməsinin ölkədə korrupsiya risklərinin artmasına gətirib çıxara bilməsi ilə bağlı sualı cavablandıran Arustamyan hökumətin bu öhdəlikləri öz nəzarətinə götürəcəyini bildirib: “Əslində, ölkədəki təşkilatların yoxlanılması prosesi hökumət tərəfindən həyata keçirilərsə, bu halda, riskləri müəyyənləşdirmək daha asan ola bilər. Ona görə də vəziyyətin ciddiliyini nəzərə alan Palata bu prosesin həyata keçirilməsini xahiş edir”. Arustamyan onu da bildirib ki, müxtəlif kredit proqramları üzrə aparılan araşdırmalar nəticəsində Palata bir sıra qanun pozuntuları aşkar edib.

“Qolos Armenii”:
“Ermənistanın ixracı azalır, insanların sabaha ümidi əriyir”
Bu gün Ermənistanda insanların sabaha olan ümidinin olmadığını yazan «Qolos Armenii» saytı bunu daha çox ölkədə mövcud olan real problemlərlə əlaqələndirir. Qeyd edilir ki, ölkəyə görünməmiş bir investisiya axını müqabilində insanların «şah» kimi yaşayacaqları barədə yeni hakimiyyətin dedikləri artıq arxaizmə çevrilməkdədir. Artıq Ermənistan vətəndaşlarının sabaha olan nikbinlikləri sürətlə əriyir. Bunun səbəbləri çoxdur. Məsələn, bu gün Ermənistanda məhz «iqtisadi inqilabdan» sonra xarici ticarət balansının kəskin şəkildə azalması müşahidə edilir.

“Əgər, 2017-ci ildə xarici ticarətdə mənfi saldo 1 milyard 860 milyon dollar idisə, 2019-cu ildə 2 milyard 874 milyona çatıb. Yəni, son iki ildə mənfi saldo 1 milyard dollar artıb”

Maraqlıdır ki, erməni iqtisadçılar ölkədə ixracın idxaldan demək olar ki, 2,1 dəfə az olduğunu bildirirlər. Onlar bunu rəqəmlərlə əsaslandırırlar: «…əgər 2017-ci ildə xarici ticarətdə mənfi saldo 1 milyard 860 milyon dollar idisə, 2019-cu ildə 2 milyard 874 milyona çatıb. Yəni, son iki ildə mənfi saldo 1 milyard dollar artıb». Hökumətin ötən il ixracın 9,4 faiz artaraq təxminən 228 milyon dollar olmasını «qürur» kimi gözə soxmasına diqqət çəkən sayt bu müddət ərzində idxalın 10,8 faiz və ya 538 milyon dollar artdığını hökumət rəsmilərinə xatırladır.

“Ermənistan vətəndaşlarının sabaha olan nikbinlikləri sürətlə əriyir. Bunun səbəbləri çoxdur. Bu gün ölkədə «iqtisadi inqilabdan» sonra xarici ticarət balansının kəskin şəkildə azalması müşahidə edilir”

Sayt yazır ki, ötən il Ermənistan 5.5 milyard dollar dəyərində məhsul idxal edib. Sayta görə, Ermənistan rəhbərliyi pafoslu çıxışlarını səngidib bu vəsaitin bir hissəsini yerli istehsalın inkişafına da yönəldə bilərdi: “Bu gün Ermənistanın ixracla bağlı ağır vəziyyəti təkcə Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrlə deyil, həm də Avropa istiqamətində müşahidə edilir. Əgər 2017-ci ildə Ermənistanın Avropa Birliyi ölkələrinə ixracı 633 milyon dollar təşkil edirdisə, 2019-cu ildə bu rəqəm 583 milyon dollara düşüb. Belə ki, son iki ildə Ermənistanın Avropa Birliyi ölkələrinə ixracı 28 faizindən 22 faizə enib». Sayt yazır ki, özünü «ölməz Kaşşey» kimi tanıtmağa çalışan Nikol Paşinyan kabinetində oturub ətrafdakılara «iqtisadi inqilab» həyata keçirmək göstərişi verir. Amma o, bunun yolunu göstərməkdə acizdir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
2 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
3 Toyuğun bu hissəsi xərçəng yaradır
4 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
5 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info