Avropa Ermənistanın üzərindən xətt çəkir
Tarix: 26.09.2013 | Saat: 14:18:00 | E-mail | Çapa göndər


Ermənistan Gömrük İttifaqına daxil olmağa tələsir, Avropa isə bu ölkə ilə iqtisadi əlaqələrin üzərindən xətt çəkir.
İrəvan qəzeti “Jovoxurd”un yazdığına görə, Serj Sarkisyan işçi qrupun təcili toplanmasını çağırıb və Gömrük İttifaqına mümkün qədər tez qəbul olmaq üçün göstəriş verib.
İşçi qrupa daxil olan mütəxəssislər rusiyalı ekspertlərlə birgə ümumi sərhədlər daxilində vahid gömrük zonası mexanizmi işləyib hazırlayırlar. İşi koordinasiya etmək isə şəxsən Ermənistanın baş nazirinə tapşırılıb.
Avropa İttifaqı isə bu Zaqafqaziya respublikası ilə gələcək əməkdaşlığın məqsədlərini təsəvvür etmir. Böyük Britaniyanın bu ölkədəki səfiri Conatan Eyvs Ermənistan jurnalistlərinə müsahibədə bunları bildirib: “Avropa bu gün sizin ölkənizlə qarşılıqlı münasibətlərdə nə edəcəyini anlamır və təsəvvür etmir”.
Avropa Şurası Parlament Assambleyasının xarici əlaqələr komissiyasının sədri Elmar Brok İrəvanda bildirib ki, “Biz Ermənistanı itirmədik, Ermənistan Avropa ilə bağlı perspektivlərini itirdi”.
Bununla belə, Rusiya bu ölkənin Gömrük İttifaqına üzvlüyünə çalışmaqla erməni ictimaiyyətinin dəstəyini qazanmaq və bu Zaqafqaziya respublikası ilə daha səmərəli informasiya proqramı üçün xüsusi planlar işləyib hazırlamağa çalışır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info