Braziliyada dövlət neft şirkətinin işçilərinin tətili
Tarix: 19.02.2020 | Saat: 20:13:00 | E-mail | Çapa göndər



Braziliyada dövlət neft şirkəti “Petrobas”ın işçilərinin şirkətə aid gübrə fabrikinin özəlləşdirilməsi və işdən çıxarılmalarla bağlı başladığı tətil fevralın 19-da 18-ci gününə girdi.


Braziliyada dövlət neft şirkəti “Petrobas”ın işçilərinin şirkətə aid gübrə fabrikinin özəlləşdirilməsi və işdən çıxarılmalarla bağlı başladığı tətil fevralın 19-da 18-ci gününə girdi.

Şirkətin Rio da Janeiro şəhərindəki rəhbərlik mərkəzi qarşısında toplanan 1000-ə yaxın işçi özəlləşdirmə qərarı və işdən çıxarmalara etiraz bildirib.

Tətili təşkilatlandıran Birləşmiş Neft İşçiləri Federasiyasından verilən məlumata görə, 13 əyalətdə 21 min işçi tətilə qatılıb.

Tətillə əlaqədar “Petrobras” neft və təbii qaz istehsalı, neft platformaları və neftayırma zavodlarında müvəqəti müqaviləli işçi çalışdıraraq işlərini davam etdirir. Hal-hazırda şirkətin Rio da Janeiro ətrafındakı 39 dəniz platformasının 36-sında bu cür çalışılır.

Qeyd edək ki, “Petrobras”ın etdiyi müraciəti qiymətləndirən Ali İş Məhkəməsi tətilin qeyri-qanuni olduğuna hökm çıxarıb. Məhkəmə tətil davam edərsə, Birləşmiş Neft İşçiləri Federasiyasına gündəlik 115 min dollar pul cəzası veriləcəyini açıqlayıb. Amma federasiya şikayət edəcəyini bildirib.

Onu da qeyd edək ki, Braziliya prezidenti Jair Bolsonaronun təyin etdiyi yeni “Petrobras” rəhbərliyi şirkətin əsas fəaliyyət qolu xaricindəki qurumlarını özəlləşdirmə hədəfi istiqamətində 14 yanvardan Parana əyalətindəki gübrə fabrikini zərər etdiyi səbəbiylə bağlama qərarı verib, orada çalışan təxminən 400 işçinin müqaviləsini ləğv edib.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
İtaliyada koronavirusdan ölənlərin sayı 11 mini keçib
30.03.2020
Türkiyənin 18 şəhərində 39 yaşayış məntəqəsi karantinə alınıb
30.03.2020
Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə koronavirusla mübarizə üçün 140 milyon avro ayırır
30.03.2020
İspaniya koronavirusa yoluxanların sayına görə Çini keçdi
30.03.2020
İranda koronavirusdan ölənlərin sayı 2757-yə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info