Rəsul Quliyev: “Hakimiyyət qalib gəlib”
Tarix: 26.09.2013 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


Uzun illərdir Amerikada mühacirətdə yaşayan eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev müxalifətin seçkilərdən sonrakı durumunu şərh edib. O, şərhində yenidən müxalif düşərgənin daşını daş üstdə qoymayıb. Sosial şəbəkələrdə yayılan xəbərə görə, təmsil olunduğu düşərgənin prezident seçkilərində böyük ehtimalla məğlub olacağını proqnozlaşdıran eks-spiker 9 oktyabrdan sonra müxalifət funksionerlərinin gözlənilən istefalarından danışıb. R.Quliyev bildirib ki, müxalifət liderləri məğlubiyyətə görə hələ 2003-cü ildə istefa verməliymişlər: “Bu proseslərə rəhbərlik edən partiya liderlərinin məğlubiyyətdən sonra istefa verib-verməyəcəklərini deyə bilmərəm. Çünki məğlubiyyətə görə istefa vermə ənənəsi yaşasaydı, onlar 2003-cü ildən çıxıb getməliydilər və praktiki olaraq bu gün meydandakı siyasətçilərin heç biri ortalıqda olmamalı idi”.
R.Quliyev seçkilərdən sonra da siyasi fəaliyyətini davam etdirəcəyini deyib. “Mənə gəldikdə isə vəziyyət bir qədər fərqlidir. Sözsüz bu seçkilərdən sonra klassik mübarizə konsepsiyasında köklü dəyişiklik edəcəyəm. Qələbəyə söz verməsəm də, hər halda nəyəsə nail olacağıma inanıram.
İndiki liderlərlə müəyyən işbirliyi qurmaq perspektivini görmürəm. Onların “azad seçkilər olsaydı, udardıq, ona görə də siyasətdən getməyəcəyik” ideologiyası ilə heç bir yerə gedib çıxmaq mümkün deyil”-deyə R.Quliyev vurğulayıb.
Eks-spikerin sözlərinə görə, müxalifətin seçkilərdə məğlub olma səbəbi elə müxalifətin özüdür.
“Hakimiyyət qalib gəlib. Hakimiyyət indi yox, 2013-cü ilin əvvəlindən addımbaaddım öz qələbəsinə yaxınlaşırdı. Bu işi onlar üçün özləri yox, biz müxalifət görürdük. 2013-cü ilin birinci beş ayı “milli şura” adlanan amorf bir təşkilatın yaradılmasına sərf edildi. Sonrakı bir ay yarım vahid namizəd seçməyə həsr olundu. Və vahid namizəd seçiləndən 15 gün sonra dərhal alternativ namizəd ideyası ortaya atıldı. Heç bir məna kəsb etməyən memorandum yazmağa on günlərlə vaxt sərf edildi. Müqayisə üçün deyim ki, ABŞ-ın müstəqillik deklarasiyası bir gecəyə yazılıb, ertəsi gün də qəbul edilib.İndi belə şəraitdə hansı qələbədən danışmaq olar?”
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info