2 min ada qadağa qoyuldu
Tarix: 26.09.2013 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Azərbaycanda yeni doğulan uşaqlara verilmək üçün istifadəsi məqbul hesab ediləcək adların yeni siyahısına görə gələn həftə AMEA-da iclas keçiriləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. Onun sözlərinə görə, bir ilə yaxındır ki, üzərində iş gedən istifadəsi məqbul hesab ediləcək adların siyahısı hələ ki, tam başa çatmayıb.
“Komissiyada sədr olmadığından məsələ dayanmışdı. Amma Akademiya prezidenti Akif Əlizadə iyul ayında komissiyaya sədr seçilib. Sentyabrın 18-də bu məsələni müzakirə etmişik. Gələn həftə komissiyanın üzvlərinin iclası keçiriləcək. Siyahımız müəyyənləşib. Həmin siyahı mərhum Mahmud Kərimova aydın idi. Amma Akif Əlizadəyə aydın deyildi. Odur ki, siyahı hələ müzakirə edilir”.
Rayonlarda VVADQ idarələrinin yeni doğulan uşaqlara istənilən adların qoyulmasına göz yumduğunu deyən Sayalı Sadıqova bildirib ki, Terminologiya Komissiyasının hazırladığı siyahıya gülüş doğuran bəzi adlar salınmayıb.

“Adlarla bağlı siyahı Ədliyyə Nazirliyindən alınıb. İndi o siyahı müzakirə olunacaq. Hansı adlar ki, müasir dövrə uyğun deyil, gülüş doğurur, onlar siyahıdan çıxarılıb. İnanmıram ki, indi hansısa valideyn övladına “Traktor”, “Limonad”, “Şüyüd” adını qoysun. Bu tipli adlar bizim siyahımızda yoxdur. Komissiyaya 20 min addan ibarət siyahı təqdim edilmişdi. Amma orada təkrar adlar çox olduğundan, onlar ixtisara salındı və nəticədə 9 minə qədər ad qaldı. 2 minə yaxın gülüş doğuran adı siyahıdan çıxartdıq. İndi yekun siyahı gələn həftə Komissiyanın iclasında müzakirə olunacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info