«Qolos Armenii»: “Münxen görüşü göstərdi ki, Paşinyan beynəlxalq hüququ və diplomatiyanı bilmir”
Tarix: 20.02.2020 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


David Şahnazaryan: “Onun bu müstəvidəki biliyi və ümumiyyətlə danışıqlar prosesinin tarixi ilə bağlı savadı ev səviyyəsindən də aşağıdır”


Bu gün Ermənistanda baş nazir Nikol Paşinyanın mövqeyi daha da sarsılmaqdadır. Onun Münxendə Azərbaycan Prezidenti qarşısında aciz duruma düşməsi bu sarsıntıya əlavə təkan verib.
Ermənilərin «Qolos Armenii» saytına danışan Ermənistan Təhlükəsizlik Komitəsinin keçmiş rəisi David Şahnazaryanın fikrincə, hələ 2018-ci ilin aprel-may aylarında baş verənlər, əslində, ciddi bir geosiyasi komponentə sahib idi. Şahnazaryana görə, həmin ərəfədə hakimiyyət dəyişikliyi təbii proses deyildi, bu, Ermənistandan kənarda mövcud olan qüvvələr tərəfindən səriştəli şəkildə idarə olunan süni bir proses idi. Bu qüvvələr, bir növ, razılaşma nəticəsində Paşinyanı hakimiyyətə gətiriblər. Təbii ki, bu razılaşmada Dağlıq Qarabağ məsələsi də önəmli yerlərdən birini tutur. Məhz bu mənada, bu gün hökumətə rəhbərlik edən Paşinyan həmin müqavilənin şərtlərini məqsədyönlü şəkildə həyata keçirir. Şahnazaryan bunun daha bir sübutu kimi, Ermənistan baş nazirinin Azərbaycan Prezidenti ilə Münxendəki görüşünü nümunə göstərir. Təhlükəsizlik Komitəsinin keçmiş rəisinin fikrincə, bu görüşdə Azərbaycanın mövqeyini açıq şəkildə təqdim edən İlham Əliyevdən fərqli olaraq, erməni baş nazir ancaq əsassız ittihamlarla yadda qalıb. Bununla bağlı sabiq nazir deyir: “Münxen görüşü bir daha göstərdi ki, Paşinyan beynəlxalq hüququn, beynəlxalq münasibətlərin və diplomatiyanın əsaslarını bilmir. Onun bu müstəvidəki biliyi və ümumiyyətlə danışıqlar prosesinin tarixi ilə bağlı savadı ev səviyyəsindən də aşağıdır”.


“Polisin şəxsi cəza orqanına çevirmək istiqamətində işlər görülür. Buna görə də Ermənistanda cinayətlərin görünməmiş sayda artması müşahidə edilir və hakimiyyət tərəfindən buna heç bir reaksiya yoxdur”


Şahnazaryan bəyan edib ki, əgər, bu gün Ermənistana dövlət və dövlətçiliyin bir nömrəli düşməni rəhbərlik edirsə, ona qarşı ancaq ölkə vətəndaşları tərəfindən onun yürütdüyü siyasətin nümayişkaranə rədd edilməsi ilə qarşı çıxmaq olar: “Bununla yanaşı biz həm də Paşinyanın Ermənistan olmadığını beynəlxalq ictimaiyyətə bildirməliyik”. Bu prosesin Paşinyan tərəfindən reaksiyasız qalmayacağını istisna etməyən Şahnazaryan qeyd edib ki, artıq qarşı tərəfdən müəyyən addımların atılır. Belə ki, polisin şəxsi cəza orqanına çevirmək istiqamətində işlər görülür. Buna görə də Ermənistanda cinayətlərin görünməmiş sayda artması müşahidə edilir və hakimiyyət tərəfindən buna heç bir reaksiya yoxdur. Paşinyanın əsas hədəfinin Konstitusiya Məhkəməsi olduğunu da bildirən Şahnazaryan onun 5 aprel referendumundan “qalib” kimi ayrılacağını istisna etmir. Bununla yanaşı o, bu gün ölkənin referenduma sürüklənməsini doğru hesab etmir: “Belə vəziyyətdə referenduma getmək dövlətə və dövlətçiliyə qarşı cinayətdə iştirak etməkdir”. Paşinyanın hakimiyyətə gətirilməsində Qərbin əsas vasitəçi olduğunu gizlətməyən Şahnazaryan hesab edir ki, məhz bu amilə görə həmin dairələr baş nazirin səbatsız siyasətinə göz yumurlar.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
Özbəkistanda koronavirusa yoluxanların sayı 263 nəfərə çatıb
04.04.2020
Rusiyada 235 uşaqda koronavirus aşkarlanıb
04.04.2020
“Düz dörd il öncə Azərbaycan ordusu öz gücünü göstərdi“
04.04.2020
Qazaxıstanda koronavirusdan 5-ci ölüm hadisəsi qeydə alınıb
04.04.2020
Ukraynada koronavirusdan 28 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info