Moskvada 2,5 mindən artıq şəxs koronavirus şübhəsi ilə karantinə götürülüb
Tarix: 21.02.2020 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


Çindən Moskvaya gələn bütün vətəndaşlar koronavirus ehtimalının olmaması ilə bağlı yoxlanılmaq üçün iki həftəlik karantinə göndərilir Bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda məlumat verib. Onun sözlərinə görə, artıq iki Rusiya vətəndaşı koronavirus diaqnozu ehtimalı ilə xəstəxanaya yerləşdirilib. Moskvada 2,5 mindən artıq adamın karantinə alındığını bildirən Sobyanin müayiənə olunan şübhəlilərdə simptomlar olmadıqda belə, onların iki həftəlik xəstəlik məzuniyyəti adı ilə nəzarətə götürüldüyünü bildirib. Yəni, Çindən Rusiyaya gələn hər bir kəs heç kimlə yaxın təmasda olmadan iki həftəni evdə və ya oteldə keçirməlidir. Bu gün təkcə Moskvada 2,5 mindən artıq insanın ev karantininə göndərildiyini bildirən Sobyanin onların hər on gündən bir yenidən həkim müayinəsindən keçirildiyni bildirib: “Moskvaya gələn hər kəs, ilk olaraq şəhərin hava limanında müayinədən keçirilir və onda yuksək temperatur və ya digər simptomlar müşahidə edilərsə, onlar dərhal yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilirlər”.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Avropa İttifaqı koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıb
08.04.2020
“Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirilib
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
4 Azərbaycana gələn əcnəbilərin sayı artıb
5 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info