ANA dilimiz - mənəvi sərvətimiz
Tarix: 21.02.2020 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz - mənəvi sərvətimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov qeyd edib ki, Beynəlxalq Ana Dili Günü UNESCO-nun Baş Konfransı tərəfindən dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə təsis edilib. Bu gün dünyada yaşayan minlərlə millət və etnik qrup iki yüzə yaxın dövlətin bayrağı altında cəmləşib. Bu ölkələrin rəsmi dövlət dillərinin sayı isə 70-i keçmir. Bu mənada, dilin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Bu il 21 fevral tarixinin mövzusu sərhədsiz dillər adlanır. Qeyd olunan mövzunun gündəmə alınması ölkələr arasında dil sədlərinin aradan qalxmasına, dil və mədəni müxtəlifliyin təbliğinə xidmət edir.
ATMU-nun ictimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı, dillər kafedrasının dosenti Seyidəli Məmmədli və müəllim Almaz Zöhrabova ana dilimizin inkişaf tarixindən və milli sərvətimizə dövlət qayğısından söz açıblar. Məruzə və çıxışlarda xüsusi vurğulanıb ki, hələ XVI əsrdə Səfəvilər dövründə Azərbaycan dili geniş vüsət alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə -1918-ci il 27 iyun tarixində- imzalanmış qərarla ana dili dövlət dili elan olunub. Ümummilli lider Heydər Əliyevin dəmir iradəsi sayəsində 58 ildən sonra Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilib. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dili Azərbaycan dili kimi təsbit edilib, habelə 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olunub, Prezident İlham Əliyev tərəfindən mənəvi sərvətimizə böyük qayğını şərtləndirən bir sıra-“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”-sərəncamlar imzalanıb.” Ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur”fikri tədbirin ana xətti kimi diqqətdə saxlanılıb.
”Ana dilimiz-mənəvi sərvətimiz” adlı tədbirdə universitet tələbələri ana dilimizi vəsf edən şeirlərlə çıxış ediblər.Tədbir Bəxtiyar Vahabzadənin “Ana dilim”adlı şeirinin şairin səsində təqdimatı ilə başa çatıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Bakı Xoreoqrafiya Akademiyası: 500-dən artıq şagird və tələbə distant təhsildən yararlanıb
08.04.2020
İsveç tədqiqatçıları infeksiyanın qarşısını ala bilən nanoplastinkalar hazırlayıblar
07.04.2020
“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib
07.04.2020
Kurikulumun yaranması və inkişafı
07.04.2020
Təxirə salınan imtahanların və sənəd qəbulunun vaxtı barədə ictimaiyyətə məlumat veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
4 Azərbaycana gələn əcnəbilərin sayı artıb
5 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info