Arif Hacılıdan Rəsul Quliyevə “fərarilik” cavabı
Tarix: 26.09.2013 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


“Milli şura” daxilində olan qalmaqallar və ittihamlar get-gedə özünün pik nöqtəsinə çatmaqdadır.
Artıq Rəsul Quliyevin müxalifət liderlərinin ünvanına səsələndirdiyi ittihamlara sərt cavab gəlib. Sosial şəbəkələrdə yayılan məlumata görə, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı açıqlamasında Rəsul Quliyevin müxalifət liderlərini istefaya səsləməsi barədə fikirlərinin əsassız olduğunu bildirib.
Onun sözlərinə görə, Rəsul Quliyev ölkədən kənarda olduğundan siyasi proseslərdən uzaq qalıb: “Azərbaycan müxalifəti seçki ilində cəmiyyətin aparıcı qüvvələrini bir araya gətirməyə çalışır. 2008-ci ildəki prezident seçkiləri ilə müqayisədə, real müxalifət qüvvələri vahid mövqedən çıxış edir. Müxalifət cəmiyyətdə müqavimət gücünü artırmaq üçün əlindən gələni edir. Belə bir məqamda Rəsul Quliyevin tez-tez belə fikirlər səsləndirməsi, onun ölkədən kənarda qalması ilə bağlıdır”.
Arif Hacılının qənaətincə, indiki siyasi şərtlər altında müxalifət liderlərinin istefası fərarilik olardı: “Müxalifət təşkilatına rəhbərlik etmək, xüsusi imtiyazlara sahib olmaq demək deyil. Belə şərtlər altında liderlərin istefa verməsi, cəmiyyətdə siyasi aktivliyə mənfi təsir edə bilər, ictimai müqaviməti azaldacaq. Belə bir addım fərarilik hesab oluna bilər. Müxalifət liderləri siyasi proseslərdə öz məsüliyyətini yaxşı anlayır və lazım olan addımları atırlar”.
Arif Hacılının Rəsul Quliyevin liderləri istefaya çağırmasına bu şəkildə cavab verməsi gözlənilən idi. O özü və lideri illərdir ki, gənclərin irəli getməsinə şərait yaratmır və özlərinin də geri çəkilməsini fərarilik kimi qiymətləndirir. Arif Hacılı mübarizə aparıb “döyüş meydanı”na atılmışdımı ki, geri çəkiləndə də fərari ola? Seçkidən seçkiyə görünən müxalifətin hansı maraqlar naminə aktivləşdiyi hər kəsə bəllidir. Rəsul Quliyevin bu cür haqlı çağırışlarını isə həzm edə bilmirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info